Anadolu Qrupu, McDonald’s-un Türkiyədəki lisenziyasına sahib olan Anadolu Restoran İşletmelerini Birleşik Holdinqə satıb.
Facemark.az xəbər verir ki, sazişin dəyəri 280,7 milyon TL-dir.
Anadolu Qrupunun İctimaiyyəti Açıqlama Platformasına (KAP) açıqlamasında deyilib ki,
“Anadolu Restoran sərmayəsinin 100%-ni təşkil edən səhmlərini Birleşik Holding Limited şirkətinə satışı üçün səhm satışı üzrə müqavilə imzalanıb”.
Bildirilib ki, satış üzrə müqavilə rəsmi qurum və səlahiyyətli şəxslərin icazəsinin alınmasından sonra yekunlaşacaq. Satış ilə bağlı bütün işlər isə 2020-ci ilin ilk rübü ərzində nəticələnəcək”, - deyə bildirilib.