Türk və alman şərikli bir şirkət olan Altona Cosmetics-in tərkibində olan və Türkiyədən başqa, 75 ölkədə məhsullarını istehlakçıya təqdim edən NOTE Cosmetics-in yeni CEO-su Beril Koparal olub.
Bakalavr təhsilini İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsi Tibbi Biyoloji Elmlər İxtisası üzrə tamamlayan Beril Koparal master təhsilini isə İstanbul Universitetinin Sağlamlıq Elmləri İnstitutunun tibbi və bioloji və genetika üzrə alıb.
Koparal 1993-cü ildə başlatdığı karyerasına 1997-ci ildə yarıda qoydu və 2005-ci ildən bu yana dərman sektoruna konsultasiyalar verməyə başladı.
2001-2002-ci illər arasında isə Mərmərə Universitetinin Çağdaş Elmlər Vəqfində Pre-MBA təhsilini də tamamladı. 2005-ci ildə isə özünün BBMediks adlı sağlamlıq kommunikasiya şirkətini qurdu.
2006-cı ildə isə Londonda Talking Image-dən imic konsultantı sertifikatı, Maltepe Universiteti və Qırmızı Konsultasiyadan koçluq təhsili alır. Bir il sonra isə Açıq Təhsil Fakültəsi İctimaiyyətlə Əlaqələr bölümündən məzun oldu.
Koparal, 2010-ci ildə isə öz şirkətini Ogilvy Healthworld / CommonHealth ilə birləşdirərək idarəçiliyin başına keçdi.
Koparal, 2012-ci ildə isə Hollandiyada emergenetics təhsili aldı. Daha sonra WPP-yə verərək Ogilvy Healthworld / Common Health Türkiyə CEO-su və Şimali Afrika/ Orta Şərq (MENA) Biznesin İnkişafı Direktoru Koparal, 2015 – 2018-ci illər arasında Zade Vital CEO-su vəzifəsini tutur.