Bezosun sərvəti Amazon-un səhmlərinin yüksəlişi ilə bir gündə 8 milyard dollar artdı.
Dünyanın ən zəngin insanı Ceff Bezosun şəxsi sərvəti Amazon-un səhmlərinin yüksəlişi ilə bir gün içində 8 milyard dollar artdı.
Facemark.az xəbər verir ki, cümə axşamı günü, Yeni il və yeni il mövsümünü əhatə edən son rüb üçün bazar gözləntilərinin üzərində mənfəət açıqlamışdı.
Sentyabr-dekabr dövründə 3,3 milyard dollar mənfəət əldə edən şirkətin 2 milyard dollar civarında mənfəət açıqlayacağı gözlənilirdi. Bu açıqlamanın ardından Amazon-un səhmləri cümə günə 7% civarında artım göstərib.
Cümə günü bir ara Amazon-un bazar dəyəri 1 trilyon dolları ötdü.
12% səhmi var
İnternet prakəndə nəhəngi Amazon-un səhmlərinin təxminən 12%-i Bezosa, 4%-i boşandığı həyat yoldaşı Makkenzi Bezos-a aiddir. Bezos-a aid olan səhmlərin dəyəri cümə günü 115,6 milyard dollara çatdı.
Bloomberg-in milyarderlər indeksinə görə, Bezosun sərvəti 124 milyard dollar oldu.
Xatırladaq ki, Ceff Bezos və Makkenzi Bezos 2019-un yanvarında boşanma haqqında qərara gəlmişdilər. Cütlüyün Amazon-dakı səhmlərinin 25%-ni həyat yoldaşı Makkenzi Bezos almışdı.