Fevralın 1-dən etibarən Kayli Cennerin istehsal etdirdiyi yeni kosmetika kolleksiyasını əldə etmək mümkün olub. Yeni kolleksiyanın adı Stormi adlanır, bu isə modelin ikiyaşlı qızının şərəfinə hazırlanıb.


Facemark.az xəbər verir ki, yeni kolleksiyanın video və fotoları, həmçinin Storminin ad günü ilə bağlı tədbiri Cenner özünün Instagram hesabı üzərindən istifadəçiləri ilə paylaşıb.


Ulduz deyib ki, o hamilə olduğu anı öyrəndiyindən bəri, bu günü səbrsizliklə gözləyib. Onlar yeni kollekiyanın bazara çıxarılması ilə bağlı anonsu elə sosial şəbəkələrdə tizer olaraq paylaşıblar. Belə ki, onlar düşən gül ləçəklərini əlləri ilə tutmağa çalışıblar. Makiyaj üçün vasitələrin qablaşdırılması isə böyük kəpənək formasındadır, bu isə ona görədir ki, Stormi onları çox sevir.



Yeni kolleksiyaya ten paleti, layner, haylayter, blesk və dodaq boyası daxildir. Məhsulun qablaşdırılması isə incə çəhrayı tonlarda hazırlanıb və üzərində kəpənəklər və Storminin adı əks olunub.


Qeyd edək ki, 2019-cu ilin sonunda Max Factor rəhbərliyi elan etmişdi ki, onlar Kayli Cennerin şirkətinin nəzarət paketini 600 milyon dollara almağa hazırdırlar. Əgər tərəflər arasında razılıq əldə ediləcəksə, bu haqda şirkətin adı Kylie Beauty adlandırılacaq. Model brendin siması olaraq qalacaq və tərəflər arasında razılaşmanın isə 2020-ci ilin üçüncü maliyyə rübündə rəsmiləşdirilməsi nəzərdə tutulur.