Aromamarketinqdən söhbət düşəndə adətən ilk ağla gələn xoş və valehedici qoxu olur. Lakin hətta pis qoxunun istifadəsi də işə yaraya bilər.
JWT, Honq Konq reklam agentliyi ağız boşluğu gigiyenası üçün olan vasitənin təbliğində pis qoxulu flipbukdan istifadə edib. Promoterlər yoldan keçənlərə möhürlü flipbuklar paylamışlar. İnsanlar flipbukları açıb və vərəqləməyə başlayanda təəccübləniblər.
Flipbukun səhifələrində canlanan qızın ağzından xoşagəlməz soğan qoxusu gəlir. Sonuncu səhifədə isə ağız gigiyenası üçün vasitə təqdim olunurdu.