Almaniyanın avtomobil brendi BMW 1997-ci ildən bəri ilk dəfə firma nişanını dəyişib.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib.
Bildirək ki, yeni dizayn praktiki olaraq köhnədən fərqlənmir. Ağ və mavi rənglərini əhatə edən dairə rəngsiz hala gətirilib. Yeni loqotipindən qara xətti çıxarılıb. İndi markanın nişanı fərqli, avtomobilin rəngindən asılı olaraq dəyişəcək.
Marka yeni loqotipi elan edən zaman, köhnələrin yaranma tarixindən də yan keçməyib. BMW-in saytında loqotiplərin dəyişmə tarixləri göstərilib. Şahmat simvolunun rəngləri isə kompaniyanın əsasının qoyulduğu yer ilə assosiasiya olunur. Bura isə Bavariyadır.
https://gyazo.com/7af45e20373819840cc0a31ad9db161b



