Apple, kompaniyası koronavirusun təsirlərini daha minimala endirmək üçün tədbirlər görməyə başlayıb.


Çinin Uhan şəhərində ortaya çıxan Covid-19, koronavirus epidemiyası bütün dünyanı təhdid etməyə davam edir.


Hazırda 109 fərqli ölkə bölgəsində aşkar edilən və 3500-dən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasına görə, texnologiya firmalarının aldığı tədbirləri sizinlə paylaşmışdıq.


Əməkdaşlarına virusa görə, evdən çalışmasına icazə verən firmalar arasına Apple da qatılıb.


Facemark.az xəbər verir ki, Apple-ın CEO-su Tim Kuk, əməkdaşlarının 9-13 Mart tarixlərində ofis xaricində çalışmağına icazə verib.


Bu xəbərdarlıq şirkətin Cənubi Koreya, Yaponiya, İtaliya, Fransa, İsveçrə, İngiltərə, Kaliforniya, Sietldakı ofislərində çalışan əməkdaşlarına göndərilib. Bundan başqa, şirkət təmizlik məsələsində də mühüm addımlar atıb.


Koronavirus Xəritəsi (Coronavirus Live Map)