Yandex Naviqasiya təhlükəsiz səyahət çərçivəsində Toyota ilə əməkdaşlıq edib. Bu kampaniyanın məqsədi odur ki, istifadəçilər təhlükəsiz səyahət vərdişlərinə yiyələnsinlər.
Facemark.az xəbər verir ki, təhlükəsiz səyahət kriteriyalarına əməl edənlər, Toyota Corolla Hatchback qazanma şansını əldə edəcəklər. Kampaniyaya son qoşulma tarixi isə mayın 15-dir.
Layihədə iştirak etmək istəyənlər oxusun
İstifadəçilər Yandex Naviqasiyanı açan zaman layihə ilə bağlı məlumatları görə bilir. Şərtlərə görə, istifadəçilər sürət limitini keçməməli, başqa mobil əlavəyə keçməməli, tətbiqi arxa plan moduna almamalıdırlar. İstifadəçilər bu kriteriyalar çərçivəsində 15 dəqiqə ərzində səyahət etməli, 1 km yol qət etməli və 1 dəfə çəkilişə qatılmalıdır. İstifadəçilərin 1 gündə isə kampaniyaya ən çox 3 dəfə qatılmaq şansı var.