Koronavirus epidemiyası demək olar ki, bütün dünyanı öz təsirinə alıb. Ondan qorunmağın yolları nələrdir sualı da çalışanların gündəmindəki ən vacib məsələlərdən biridir.
Facemark.az xəbər verir ki, Business Insider nəşri rəsmi qurumların tövsiyələrini bir araya gətirib və 9 maddədən ibarət siyahı hazırlayıb.
1. Əllərinizi tez-tez yuyun
Unutmayın ki, qapı dəstəyi, lift, işıq düyməsi, telefon, qəhvə maşını kimi ortaq istifadə edilən nəslərin üzərində bol miqdarda virus və ya mikrob vardır. İş yerində xəstəlikdən qorunmaq üçün əllərinizi tez-tez yumağınız vacibdir. Amerikanın Xəstəlik Kontrolu və Profilaktika Mərkəzi tualetdən sonra, yeməklərdən öncə, öskürmə, asqırmadan sonra əllərin sabun və ya ilıq su ilə ən az 20 saniyə yuyulmasını tövsiyə edir. Northwell Health Qlobal Sağlamlıq Direktoru Dr. Eric Cioe-Pena, başda koronavirus olmaqla, epidemiyalardan qorunmaq üçün iş yerlərində alınacaq ən vacib tədbirlərdən birinin əllərin yuyulmasını bildirir. Əl yumağı əsas müdafiə xətti olaraq izah edən Dr. Cioe-Pena əsas yoluxma yolunun, öskürək, asqıran birinin toxunduğu nəsnə ilə təmasın olduğunu deyir.
2. Masanızda əl dezinfeksiya vasitəsi olsun
Hər ehtimala qarşı masanızda bir şüşə əl dezinfeksiya saxlayın. Amerikanın Xəstəlik Kontrolu və Profilaktika Mərkəzi və
Dr. Cioe-Pena, ən az özündə 60% alkoqol ehtiva edən dezinfeksiya vasitələrindən istifadəni tövsiyə edir. Həkim deyir ki, ancaq sabun və sudan yenə də imtina edilməməlidir. Əl dezinfeksiya vasitələri səthi təmizliyi təmin edir. Bu məhsulların təsirli olmadığı vaxtlarda su və sabundan istifadənin işə yarayacağını deyir.
3. Çalışma sahənizi təmizləyin
The Wall Street Journal-a görə, ofis masalarında bir inç sahədə (6,45 cm²) ortalama 800 bakteriya mövcuddur. Bu miqdar, ofisdəki unitazlarda olan bakteriya miqdarının 14 qatına bərabərdir. Xəstəlikdən qorunmaq üçün çalışma sahənizi tez-tez təmizləyin. Təmizlik üçün sprey formasındakı dezinfeksiya vasitələrindən, ya da dezinfeksiya salfetlərindən istifadə edilə bilər. Təmizlik zamanı sıx toxunduğunuz (klaviatura, siçan, monitor, telefon və s.) əşyalara diqqət edin. Dr. Cioe-Pena, təmizliyə işə başlamadan öncə etməyinizi tövsiyə edir.
4. Səthlərə çlıpaq əllə toxunmaqdan çəkinin
Epidemiyadan qorunmaq üçün edə biləcəyiniz ən yaxşı tədbirlərdən biri də ortaq istifadə edilən səthlərə toxunmaqdan imtina etməkdir. Məsələn, qapı açmağınız lazım olan zaman səthə direkt təmas etməyiniz yerinə əlçək, salfet və s. istifadə edə bilərsiniz.
5. Mümkünsə digərlərindən uzaq bir sahədə çalışın
ABŞ-da aparılan bir statistika ilə başlayaq: Bospar tərəfindən edilən anket çalışmasına görə, amerikalıların 52,9%-i açıq ofislərin koronavirus epidemiyasına sürətlə yoluxacağını, 41%-i isə açıq ofislərin infeksiya qaynağı olacağına inanır. Açıq ofisdə çalışırsınızsa, yuxarıda sadaladığımız tədbirlərə əlavə olaraq, digərlərindən uzaq bir yerdə çalışmağınızı da dəyərləndirə bilərsiniz. Beləliklə, digər insanlarla təmasdan qaçınmış və xəstəlik riskini azaltmış olursunuz.
Dr. Cioe-Pena, xəstəlik simptonları olan bir nəfərlə 2 dəqiqə, ya da uzun müddət ərzində 1,8 metr məsafədə olmağınız xəstəlik riskini azaltdığını deyir. Dr. Cioe-Pena-nın başqa bir tövsiyəsi isə odur ki, ehtiyac yoxdursa, beşdən çox çalışan bir araya gəlməməlidir.
6. Üzünüzə toxunmaqdan çəkinin
2015-ci ildə aparılan araşdırmaya görə, insanlar bir saat içində təxminən 24 dəfə üzlərinə toxunurlar. Bu təmasların 44%-i isə göz, burun və ağız ilə bağlıdır. Başda koronavirus olmaqla, digər qrip və s. qarşı qorunmaq üçün ən vacib tədbirlərdən biri də xüsusilə ağız, burun, gözə təmasdan qaçınmağın olduğunu deyir. Dırnaqlarını yeyən və gözlərini daim ovuşduran insanlar bilməlidirlər ki, onların əlləri heç də təmiz deyil.
7. Digərləri ilə fiziki təmas qurmaqdan qaçının
Nəsnələr ilə olduğu qədər, digər insanlarla da fiziki təmasdan qaçmaq lazımdır. Xüsusilə koronavirusdan qorunmaq üçün əl sıxışma, öpüşmə, qucaqlaşmaq kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır.
8. İş yeriniz evdən çalışmağınıza icazə verirsə, evdən çalışın
Özünüzü xəstə hiss edirsinizsə, şərtlər nə olursa olsun, işə getməyin. Əgər iş yeriniz evdən çalışmağınıza icazə verirsə, bunu dəyərləndirin. Həkim deyir ki, bu aralar insanlar arasında məsafə qoymaq üsulu vacibdir. Və əgər xəstə biri ilə çalışırsınızsa, onunla aranızda 1,8 metr məsafə olduğundan əmin olun. Həkim əlavə edir ki, evdən çalışma sayəsində nəqliyyat vasitələrindən istifadə də azalacaq.
9. Soyuqqanlı qalın
Dr. Cioe-Pena deyir ki, koronavirus epidemiyası qarşısında sakit dayanmalıyız. “Buna ölümcül virus deyirlər, amma insanların 99,5%-i yaxşılaşacaq, xəfif və orta dərəcə simptonlardan sonra yaxşılaşıb evlərinə gedəcək.
Dr. Cioe-Pena-ya görə riski ən yüksək olanları qorumalıyıq, digərlərimiz isə sakit qalıb, məntiqlə hərəkət etməliyik.
Mənbə: Business Insider








