Martda, Rusiyada cari ilin fevral ilə müqayisədə məsafəli çalışma istemi üzrə vakansiyaların sayı 71% artım göstərib.


Facemark.az-ın məlumatına görə, bu haqda Kommersant nəşri Rabota.ru-ya istinadən yazıb.


Moskvada isə məsafəli çalışma üzrə vakansiyaların sayı isə 25% artım göstərib. Ümumi rezumelərin sayında isə artım 220% olub.


Ən çox vakansiyalar isə təhsil (74%), satış (14%), HR (6%), marketinq (6%) kimi sahələrdə açıqdır. Xidmətdən deyirlər ki, məsafəli çalışma sistemi üzrə işlərin siyahısı daim genişlənir.


Rabota.ru-nun satışlar üzrə direktoru Aleksey Zaxarov:


“Hazırda məsafəli çalışma üzrə bir çox sferalar üzrə işlər mövcuddur və bu da maddi vəziyyəti stabilləşdirə bilər. Bir çox insan əmindir ki, onlar evdən çıxmadan işlərinə davam edə bilərlər”.