TikTok-da insanların telefon qarşısında rəqs etdiyi #DistanceDance fleşmobu başlayıb.
Facemark.az xəbər verir ki, P&G markası, TikTok və Grey agentliyinin əməkdaşlığı ilə ortaya çıxan kampaniya xeyriyyə məqsədi daşıyır.
Kampaniyanın siması isə fenomen Charli D’Amelio olub. O, kamera qarşısına keçib və rəqs edib, daha sonra isə bu viral halına gəlib.
Amma #DistanceDance cümə günü Ohio ştatının qubernatoru Mike DeWine-ın P&G CEO-su David Taylor-a zəng etməsi ilə başlayıb. Qubernator şirkətin rəhbərindən soruşub ki, onlar Ohio vətəndaşlarına evdə qalmalarının əhəmiyyətini izah etmək üçün dövlətə necə kömək ola bilərlər.
P&G-nin rəhbəri isə uzun müddətdir ki, partnyoru olduğu Grey agentliyinin qlobal markalar üzrə rəhbəri Debby Reiner-ə zəng edib. Agentlik təkcə 24 saat içində suala cavab tapıb.
TikTok ilə əməkdaşlıq çərçivəsində reallaşan #DistanceDance influencer Charli D’Amelio-nun da komandaya qoşulması ilə uğur qazanıb.
P&G-nin rəhbəri açıqlamasında isə deyib ki, “Məqsədimiz insanları sosial məsafəni qorumağa və evdə qalmağa təşviq etməkdir. İnsanların təhlükəsiz və sağlamlıqları məsələsində həssas olmaq üçün yaradıcı həll tapmağa çalışdıq”.