Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın reytinqi koronavirusla mübarizə fonunda rekord səviyyəyə yüksəlib.
Facemark.az-ın məlumatına görə, sorğuda iştirak edən amerikalıların 49%-i onun dövlət başçısı kimi işini qəbul edir. Bu isə inauqurasiyadan bəri ən maksimal göstəricidir.
Mütəxəssislərin fikrincə, ABŞ prezidentinin populyarlığının artmasına səbəb, vətəndaşların pandemiya ilə bağlı narahatlığının artması ilə bağlıdır.
Sorğuda iştirak edən respondetlərin böyük hissəsi ölkədə həyata keçirilən tədbirləri məqsədəuyğun hesab edirlər.