“Алёнка” indi ən məşhur şokoladlardan biri olsa da, bu hal təkcə Elena Qerinasın özünü məmnun etmir. Elenanın atası Aleksandr Qerinas sərbəst fotoqraf idi və bir çox qəzet və jurnal üçün çəkirdi. Ancaq onun sevimli modeli isə qızı idi.
Beləliklə onun fotosu Sovetskoye foto və Səhiyyə jurnallarının üz qabığına çıxa bilir. Ancaq Elena “Qırmızı oktyabr” fabrikini onun fotosunu 35 il ərzində istifadə etdiklərinə görə, məhkəməyə müraciət edir.
Elenanın atası, çox keçmir ki, həyat yoldaşından ayrılır və o məşhur foto ilə bağlı bütün mənfi nüansları isə qızına buraxır. Aleksandr Qerinas 1980-ci ildə vəfat edir və uşağın fotosundan istifadəyə görə də heç bir yerə şikayət etmir. Elenanın məhkəmə prosesi isə iki il davam edir və Elena heç bir şeyə nail olmur və ona bildirilir ki, “Алёнка” müstəqil bir əsərdir. Uzun illər rəsmdəki bir çox detal dəyişdirilmişdi, göz rəngi, görmə istiqaməti, üz xüsusiyyətləri və s.
İndi Elena 59 yaşındadır, Moskva ətrafında yaşayır və evlidir, iki uşağı var, əczaçıdır. Maraqlısı budur ki, Elena fabriki məhkəməyə verəndə bir çox qadın ortaya çıxdı və iddia etdilər ki, rəsmdəki uşağın prototipi onlara məxsusdur.

