Yudcin Merril Cen Deytç (ing. Eugene Merril "Gene" Deitch, 8 avqust 1924-cü il-16 aprel 2020-ci il) amerikalı rəssam, animator, rejissordur. O, 1959-cu ildən bəri Praqada məskunlaşıb və Deytç özünün Manro, Tom Terrifik animasiya cizgi filmləri ilə məşhurlaşıb, həmçinin Dənizçi Popay və Tom və Cerrinin (1961-1962, cəmi 13 epizod) bəzi epizodları üzərində işləyib.
Erkən həyatı
Deytç İllions ştatında Çikaqoda, səyyar satıcı ailəsində Cozef Deytç (103-1972) və Rut Şirli Deytç (Delson ştatından – 1899-1999) dünyaya gəlib. Cenin 13 yaşı olan zaman isə ata və anası ayrılır. Onun ana babasının Çikaqoda böyük bir trikotaj geyim fabriki var idi. 1929-cu ildə isə ailə Kaliforniyaya köçür (atası isə Los-Anceles şəhərindən gəlir). Deytç Holivudda məktəbə başlayır.
O, 1942-ci ildə Los-Anceles şəhərində orta məktəbi başa vurur və North American Aviation şirkəti üçün təyyarələrin çertyojlarını hazırlayır. 1943-cü ildə isə o pnevmaniya xəstəliyinə tutulmadan öncə pilot hazırlığından keçir, amma növbəti ilin mayında isə o şərəflə işdən azad edilir. Nə qədər pilot olmağa çalışsa da, səhhətinə görə buna nail ola bilmir. Animasiya və cizgi film animatorluğu üzrə fəaliyyətinə başlayan Deytç, caz jurnalı olan The Record Changer jurnalına özünün töhfəsini verdi.
Cizgi filmi animatoru
Deytç United Productions of America (UPA) animasiya studiyasında işə düzəldi. Daha sonra isə 20th Century Fox-a bağlı olan Terrytoons-un kreativ direktoru oldu. O, Slon Sidni, Qaston Le Kryon, Con Durmat, Klint Kobber kimi personajlar yaradır. 1955-ci ildən başlayaraq isə UPA-da çalışdığı zaman United Feature Syndicate üçün komisklər yazdı və çəkdi. Məsələn, bura Terpl-Tompsonun həqiqi böyük məcaraları və baş rolunda cəsarətli uşağın oynadığı Tarixi qəhrəmanı misal göstərmək olar. Terpl-Tompsonun ssenarisini isə Little Golden Records-da yazıb. Burada aktyor Art Karni və qrup nümayəndəsi Mitç Miller iştirak edib.
Bu, 1955-ci ilin oktyabrın 16-dan, 1956-cı ilə qədər gündəlik olaraq yayımlanıb. 1959-cu ildə isə Deytç əsasən televiziya reklamları hazırlayan Gene Deitch Associates, Inc.-in əsasını qoyur. Rembrandt Films Manro-nu maliyyələşdirəcəyinə söz verdikdən sonra isə, Deytç 1959-u ilin oktyabrında Çexiyanın Praqa şəhərinə köçür. 1959-cu idə isə gələcəkdəki həyat yoldaşı olacaq animator Zdenka Majmanova ilə tanışlıq da onun Praqaya köçməsini sürətləndirir.
Sonrakı onillikdə, Rembrandt ilə əməkdaşlığı döründə isə Dənizçi Popay və Tom və Cerrinin yaradılması prosesində iştirak edib. O, Tom və Cerri ilə bağlı daha öncə söylədiyi fikrində yanlışlıq olduğunu etiraf edir. O, daha əvvəllər deyirdi ki, bu ağrı, intiqam və qara dərili qadınlar ilə bağlı streotiplərdən istifadə edən mənasız zorakılıq və mizahın ən pis nümunəsidir.
Deytç açıqlamasında deyirdi ki, Tom və Cerri cizgi filminin heç də pərəstişkarı olmayıb, çünki o həddindən artıq zorakılığa dayanan cizgi film idi. Ancaq o serialda iştirak etdikdən sonra anlayır ki, burada göründüyü qədər ciddi zorakılıq xüsusiyyətləri yoxdur. Cizgi filmi sadəcə insan emosiyalarını əks etdirən parodiyadan ibarətdir. Cizgi filminin çoxsaylı pərəstişkarları hesab edir ki, Deytçin yaradılmasında iştirak etdiyi epizodlar Tom və Cerrinin ən pisi olub. Onlar isə bunu onunla izah edirdi ki, Deytç bu cizgi filmini sevmədiyindən dolayı belə pis alınıb. Hətta Deytç-in özü deyirdi ki, Tom və Cerriyə görə onu ölümlə belə təhdid ediblər.
Ancaq belə mənfi rəylər ilə yanaşı, Deytçin çəkdiyi epizodlara heyran olduğunu deyən pərəstişkarlar da mövcud idi.
Deytç 1961-ci ildə qısametrajlı filmi olan Manro-ya görə Oskar mükafatı alır. Nominasiya isə ən yaxşı qısametrajlı animasiya filmi üzrə olub. Bu isə ABŞ-dan kənarda hazırlanan, amma bununla belə bu qədər sevilən ilk qısametrajlı film idi. Deytç1962-1964-cü illər arasında Uilyam Snayder ilə birlikdə “Dəli pişik” (Crazy Cat) qısametrajlı televiziya seriyasına başlayır. Daha sonra isə Blaffin cizgi filmi onun əsas ideyası üzərində qurulur. 1961-ci ildə isə Alisa Parisdə möcüzələr ölkəsində filmini, 1966-ci ildə Hobbit animasiya filmini çəkir. Həmçinin, Deytç 1966-ci ildə Terri-Tessi cizgi filmini çəkir.
SOVET dövründə azad bir amerikalı
1968-ci ildən 2008-ci il pensiyaya çıxana qədər o Weston Woods/Scholastic təşkilatında çalışıb. O, uşaq kitabalarını şəkillər ilə adaptasiya edirdi. Onun studiyası isə Praqa şəhərində yerləşdirdi. Onun Praqaya olan sevgisindən bəhs edən (For the Love of Prague) memuarı onun təcrübələrinə əsaslanır. O özünü Praqada kommunist partiyasının diktatura rejimi altında 30 il yaşayan və işləyən azad amerikalı adlandırırdı. Burada keçirdiyi 30 ildə 70-dən çox animasiya və televiziya filminə imza atır.
Deytç 2003-cü ildə isə yaşadığı dövr ərzində animasiya sənətinə verdiyi töhfələrdən dolayı Enni mükafatına layiq görülmüşdü.
O, evli olub 3 uşaq atasıdır. 2020-ci ilin aprelin 16-da isə aramızdan ayrılıb.
Mənbələr:
https://www.ctvnews.ca/entertainment/tom-and-jerry-animator-gene-deitch-dies-at-95-1.4903341
https://www.youtube.com/watch?v=ZCQDKGkeYPo
https://www.dailymotion.com/video/xnlq2b
https://www.webtekno.com/gene-deitch-animator-vefat-etti-h90522.html
http://www.cumhuriyet.com.tr/haber/tom-ve-jerrynin-yonetmeni-gene-deitch-oldu-1734247
https://yeniozgurpolitika.net/kult-cizgi-filmerin-yonetmeni-oldu/
https://en.wikipedia.org/wiki/Gene_Deitch
https://kratko-news.com/2020/04/21/umer-sozdatel-toma-i-dzherri/
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B9%D1%87,_%D0%94%D0%B6%D0%B8%D0%BD