Neft şirkəti Lukoil-in prezidenti Vahid Ələkbərovun biznesmen oğlu Yusif Ələkbərov karantin dövründə qidaya ehtiyacı olan Moskva sakinlərinə sosial yardımın bir hissəsi olaraq 10 milyon rubl (228 min manat-red.) pul ayırıb.


Facemark.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda ölkənin rəsmi orqanları tərəfindən məlumat verilib.


Ehtiyac sahibi olan insanlar kateqoriyasına, ilk növbədə məhdud hərəkət qabiliyyəti olanlar, çoxsaylı uşağı olan ailələr, yaşlılar və fiziki qüsurlu övladı olan ailələr aid olub.



Ərzaq payına ümumilikdə 24 kiloqramdan çox məhsul daxil olub. Bu halda, köməklik 4000-dən çox ehtiyacı olan ailəni sevindirəcək. Ərzaq payı hazırlanan zaman, uşaq qidaları, şirniyyat, meyvələr də nəzərə alınıb.


Artıq yardımı alan ailələr isə öz təəssüratlarını bölüşüblər və Yusif Ələkbərova öz minnətdarlıqlarını bildiriblər.


Vahid Ələkbərov haqqında hazırladığımız fmr video isə aşağıdakı videodan baxa bilərsiniz.