British Airways əməkdaşlarının təxminən 30%-ni (1/3-ni) işdən çıxarmağa hazırlaşır. Belə bir çətin qərar isə ana aviasiya şirkət olan IAG-ın proqnozuna görə ola bilər.


Facemark.az xəbər verir ki, proqnozda bildirilib ki, sərnişin axınının 2019-cu ildəki səviyyə çatması üçün bir neçə il lazım olacaq.


“COVID-19-nun cari əməliyyatlara təsirini və sərnişin axının 2019-cu il səviyyəsinə çatması üçün bir neçə ilə ehtiyac olduğunu nəzərə alaraq, British Airways rəsmi şəkildə yenidən strukturlaşdırma ilə bağlı təklif edilən proqram haqqında həmkarlar ittifaqına xəbər verir”, - deyə IAG-dən deyiblər.



Beləliklə 42 000 nəfərdən 12 000 nəfəri işsiz qala bilər. BALPA (Britaniya Hava Yolları Pilotlar Assosiasiyası) nümayəndələri hava yolu işçilərini azaltmaq məsələsi ilə bağlı istənilən cəhdlə mübarizə etdiklərini elan etmişdi.


IAG qeyd etmişdi ki, 2020-ci ilin birinci rübündə British Airways-ın gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 13% azalıb. Hava daşıyıcısının gəlirləri 4,6 milyard avro təşkil edib. Şirkətin rəhbərliyi isə daha da pessimistdir və bildirir ki, ən pisi hələ qabaqdadır, ikinci übdə gəlirlər daha da azalacaq.


Bildirək ki, apreldə British Airways Britaniyada iş yerlərinin qorunması proqramı çərçivəsində 22 626 nəfər əməkdaşının işini dayandırmışdı. İndi onlar müvəqqəti də olsa işsiz statusunda olduqları üçün hökumətdən kompensasiya alırdılar.


Xatırladaq ki, hökumət əmək haqqının 80%-ni ödəyir, ancaq bu adambaşına ayda 3,1 min dollardan çox deyil. Ümumilikdə 140 000 Britaniya müəssisəsi bu proqramdan faydalanmışdı.