Ötən gün məlum oldu ki, İlon Maskın sevgilisi, 32 yaşlı Kanadalı müğənni Qrayms ana olub. Bu yazımızda milyarderin keçmiş bütün qadınlarını xatırladıq. Belə qərar gəldik ki, İlon Maskın qadını olmaq heç də asan deyil. Milyarderi bir çoxları müasir dahi, PayPal ödəniş sisteminin yaradıcısı, elektrik mühərrikli avtomobil istehsalçısı Tesla-nın yaradıcısı, SpaceX unikal kosmik proqramın mühəndisi və sadəcə qeyri-adi biri kimi tanıyırlar. O, planetimizi inkişaf etdirmək, daha sonra isə kosmosu fəth etmək niyyətindədir. O, müsahibələrinin birində gülərək deyib ki, mən Marsda ölməyi planlaşdırıram, amma enən zaman deyil. O, xəyalpərəst, işgüzar biri kimi xatırlanır. Belə ki, milyarder həftədə 85-100 saat işləyir. Forbes-in qiymətləndirməsinə görə, 2019-cu ilin sonunda onun şəxsi sərvətinin həcmi 22,9 milyard dollara çatıb. Ancaq böyük qazanc heç vaxt İlon Maskın əsas motivasiya mənbəyi olmayıb. Mühəndisin özünün sözlərinə görə, onun əsas məqsədi dünyanı yaxşılığa doğru dəyişməkdir.
İlon Mask anası Mey Mask ilə
Onun həyatının ən möhtəşəm layihəsi çox vaxt və səy tələb edir. Əgər siz bəşəriyyətin gələcəyi üçün məsuliyyət hiss edirsinizsə, nəisə qurban da verməlisiniz. İlon Mask nümunəsində bu şəxsi həyatdır. Bu o demək deyil ki, milyarder qadın qayğısından kənarda qalıb, əksinə o üç dəfə evlənib indi isə 6 uşağı var. Ancaq onun qadınları ilə olan münasibətində Tesla-da olduğundan da çox problem var idi. Bu, ümumiyyətlə belədir, texniki ixtiralar dəqiq hesablamalar sayəsində yaxşılaşdırıla bilər, amma Sevgi üçün belə bir düstur yoxdur. İlon Mask nadir halda özünün münasibətləri haqqında danışır və o özünün romanı haqqında təfərrüatları 7 qıfılın arxasında saxlamağa üstünlük verir. Bir dəfə o Rolling Stone nəşrinə müsahibəsində deyib ki, o tək heç vaxt əsl xoşbəxt ola bilməz. “Mən çox yaxşı bilirəm, bu necədir: Böyük, boş bir evdə tək olmaq, heç kimin olmadığı qonaq otağında özünün ayaq səslərini eşitmək,heç kim sizin yanınızda deyil. Lənətə gəlsin, axı belə vəziyyətdə necə xoşbəxt olmaq olar?”.
Görünür ki, tək qalmaq qorxusu heç vaxt milyarderi tərk etmir. İlon Maskın valideynləri o yeniyetmə olan zaman boşanıb. Bu isə ona görə idi ki, atası ögey qızı ilə eşq yaşamış, hətta qız ondan uşaq da dünyaya gətirmişdi. Daha sonralar atasının sevgi işlərini öyrənən İlon Mask ona “Cəhənnəm Bədheybəti” adını da vermişdi. Ancaq həyat şəraiti elə gətirdi ki, Tesla şirkətinin gələcək ixtiraçısı daha bir neçə il ata evində yaşamalı oldu. İlon o illəri xatırlamağı sevmir və atası ilə də ünsiyyət qurmur. Ancaq onun valideynləri haqqında dediyi tək şey, o idi ki, o yaxın olan insanların həyatını dağıtmaq imkanına malik oldu.
Onun anası ilə olan münasibətləri isə daha isti idi, demək olar ki, anası Mey Mask onun şəxsiyyətinin formalaşmasında böyük rolu olmuşdu. O, çox çalışsan uğur əldə edə bilərsənin canlı nümunəsi idi. Mey beş işdə işləyirdi və oğlunu sahibkarlıq və yeni texnologiyalar sferası ilə həvəsləndirirdi. Ancaq ananın daim məşğul olması ona oğlu ilə daha çox vaxt keçirməsinə mane oldu. Ona görə də, ana Mey Mask onun üçün daha çox rol modelini oynadı. O, Maska qəlbinin dərinliyində baş verən bütün incəlikləri danışdığı ən yaxın insan olmadı. Psixoloqlar uşaqlıqdakı duyğusal travmanın və təklik qorxusunun dünyanın ən uğurlu insandan da yan keçmədiyini deyə bilərlər. İlon Mask deyir ki, əgər mən sevgili deyiləmsə və daimi partnyorum yoxdursa, özümü xoşbəxt hesab edə bilmərəm-“Mən heç vaxt tək xoşbəxt ola bilmərəm. Boş bir yataqda tək yatmaq ehtiyacı məni öldürür. İndi isə milyarderin ürəyi doludur və tək yatmaq ehtiyacı da yoxdur. İndi isə sizə İlon Maskın sevgilisi ilə tanış olmamışdan öncə kimlə tanış olduğunu və onun əvvəlki münasibətlərinin niyə uğursuz olduğundan danışacağıq.
Castin Uilson
Yazıçı, özünün gələcək həyat yoldaşı olacaq Castin Uilson ilə İlon Mask Kanada Kraliyyət Universitetində tanış olub. Təvazökar, gözəl və ambisiyalı qız dərhal onun diqqətini cəlb edir. O, ciddi araşdırma işlərini, ucuz əyləncələrə üstün tutmuşdu, onunla kampusun gecə şənliklərində deyil, kitabxanada tez-tez rast gəlmək mümkün idi. Castin məşhur yazıçı olmaq istəyirdi, ona görə də, sevgi və münasibətlər onun prioritetləri arasında birinci deyildi. Ancaq İlon Mask isə həmin vaxt məqsədlərinə çatmağa vərdiş etmişdi, ona görə də qıza yaxınlaşdı və onu kafeyə dondurma yeməyə dəvət etdi. Cəsur tələbənin diqqəti Castini cəlb etdi, ancaq o Maska bildirdi ki, bu axşamı kitabxanada keçirməyi planlaşdırır. İlon qızın kitabxanada tək vaxt keçirmək istəyini anlayışla qarşılayırdı, ancaq bir neçə saatdan sonra o, hər iki əlində şokoladlı dondurma ilə kitabxanada idi. Daha sonralar isə Castin bu görüş haqqında deyirdi ki, İlon yoxu qəbul etməyən insanlardan biri idi. İlon Castinə qarşı həmişə nəzakətli idi. O, qıza güllər alırdı və qız kitabxanaya getdiyi zaman həmişə ona özünün kredit kartını verirdi və deyirdi ki, “Nə istəyirsənsə, al”. Hətta gələcək milyarder Uorton biznes məktəbinə transfer olan zaman belə, sevgilisinə qarşı diqqətini əskik etmədi, onunla daim görüşlər təyin etdi. Daha sonra məlum oldu ki, İlon ilə Castinin ortaq çox cəhətləri var. Belə ki, hər ikisi həyatda ambisiyalı idilər, böyük ailəyə sahib olmaq istəyirdilər və çətinliklərdən imtina etmirdilər. Castin sonralar xatırlayır ki, mənimlə sevgili olmaq istəyənlər məndə dünyanın ən yaxşısı olmaq istəyimi qəbul etmirdilər, amma görünür bu İlonu cəlb etmişdi. Castin deyir ki, bir dəfə kitab mağazasında idik, ona dedim ki, bax mənim kitablarım da o rəfdə olmayınca rahat etməyəcəm. O isə, sadəcə mənə baxdı və dedi: “Sən, sadəcə mənim oxşarımsan”.
2000-ci ildə İlon ona evlilik təklif etdi. Castin isə İlonun bu təklifini tərəddüd etmədən qəbul etdi. İki il davam edən ailə həyatları sözün əsl mənasında nağıl kimi idi. Mask özünün startap-ı olan Zip2-ni böyük bir korporasiyaya 22 milyon dollara satır. O, bu pul ilə Los-Anceles şəhərində lüks bir malikanə satın alır. Şəxsi təyyarə, elit McLaren F1 avtomobili də bura daxildir. Və dünyada birinci elektron ödəniş sistemi PayPal üzərində işləməyə başlayır. Castin İlonun qayğısına qalırdı və onu hər yeni addımında dəstəkləyirdi. Qısa zamandan sonra cütlük uşaq haqqında düşündülər, 2002-ci ildə onların ilk övladı, Nevada Aleksandr Mask dünyaya gəlir. İlon və Castin çox xoşbəxt idilər, hər şey onların arzu etdiyi kimi idi. Ancaq gözlənilməz faciə onların həyatlarını həmişəlik dəyişir. Belə ki, onların 10 aylıq uşaqları yuxuda ölür və nəfəs almağı dayandırır. Tibb işçilərinin səyləri bu hadisə qarşısında gücsüz idi. Onların oğullarının ölümü onların münasibətlərində başlayan birinci çat oldu. İlon bütün vaxtını işinə sərf etdi və depressiv, dəstəyə ehtiyacı olan Castin ilə vaxt keçirməyi dayandırdı. Bir neçə müddətdən sonra isə cütlük süni mayalanma üzrə mütəxəssislərə müraciət etmək üçün özlərində güc tapırlar. 2004-cü ildə onların ailəsində əkiz Qriffin və Ksavyer dünyaya gəlir. 2006-ci ildə isə üçəm Cemian, Sakson, Kay doğulur.
Ancaq uşaqların dünyaya gəlməsi vəziyyəti heç də yaxşılaşdırmadı, əksinə daha da ağırlaşdırdı. Castin uşaqların, ev işlərinin və evə daim tez-tez gələn İlonun qonaqlarını qarşılamaqdan güclü yorulmuşdu. O, artıq ərinin kölgəsində qalmışdı və adi evdar qadın idi, bu isə ona çox əzab verirdi. Onun evliliyi dağılan ərəfədə isə o biznes ilə məşğul idi, SpaceX layihəsi üzərində işləyirdi, NASA ilə əməkdaşlığın detallarını müzakirə edirdi. Hətta ailə psixoterapevtinə müraciət vəziyyəti xilas etmədi. 2008-ci ildə isə onlar boşanmaq üçün məhkəməyə müraciət edilər, məhkəmə isə onların ər-arvad münasibətlərinə son qoyur. Mən onun üçün startap həyat yoldaşı idim. Castin sonralar deyirdi ki, o heç nə üçün məyus deyil, “Mənim beş oğlum var və bir də kitabım”, - o əlavə edirdi.
Talula Rayli
Ayrıldıqdan sonra, İlon Mask uzun müddət tək qalmadı. Şayiələrə görə, İlon yeni sevgilini artıq Castin ilə olan uzun məhkəmə davaları ərəfəsində tapmışdı. Onun yeni tutqusu 22 yaşlı Britaniyalı aktrisa Talula Rayli idi. O, Holivudu fəth etmək istəyirdi, ancaq yanlışla İlon Mask-ın qəlbini fəth etmişdi. Onlar London gecə klublarının birində tanış olublar. Bir neçə həftədən sonra isə, milyarder qızı həftə sonunu Beverli-Hillz-dəki oteldə keçirməyə dəvət etmişdi. Aydındır ki, onlar arasında güclü nəsə bağ olmuşdu, belə ki, səhərisi gün İlon oyandı və Talula qarşısında diz çökdü və ona əlini və ürəyini verdi. Bu əvvəlcədən düşünülmüş qərar deyildi, sevgi idi. Ancaq İlon ona heç bir üzük vədi verməmişdi, ancaq bu Talulaya ona hə deməyə mane olmurdu. İlon və Talula, Mask boşandıqdan 6 həftə sonra evləndilər. Onların ailə həyatları haqqında isə çox azı məlumdur, çünki Britaniyalı aktrisa özünün şəxsi həyatı haqqında danışmırdı. Çox güman ki, onların 2012-ci ildə boşanmalarına səbəb İlonun işi ilə bağlı idi. Bir çox qadın istəməz ki, onların yoldaşları işə onlardan daha çox vaxt sərf etsin. Talula ilə Mask uzun müddət davam edən məhkəmə davaları olmadan sakitcə ayrıldılar. Boşanma haqqında isə İlon Mask özünün Twitter səhifəsi üzərində yazmışdı. “Bu möhtəşəm 4 il idi. Mən həmişə səni sevəcəyəm. Çox gözəl günlərin birində sən kimisə xoşbəxt edəcəksən”.
2013-cü ildə isə mətbuat aktiv şəkildə yazırdı ki, İlon Mask məşhur Holivud aktrisası, sarışın Kameron Dias ilə görüşür. Şayiə təkcə bununla bitmirdi, belə ki, Tesla avtomobilini aktrisa almışdı, Kameron tez-tez İlon Maskın çalışdığı Palo-Altoya səfər edirdi. Ancaq, həm milyarder, həm də Holivud divası həmişə deyir ki, onların arasında dostluqdan başqa heç nə yoxdur. Bu vaxt İlon Mask yenidən Talula Rayliyə qayıdır və onlar 2013-cü ildə yenidən evlənirlər. Ancaq onların ikinci cəhdi də, birincidə olan səbəbdən dolayı, yenə uğursuz olur. Onların arasında rəsmi ayrılıq 2016-cı ildə olub, ancaq (artıq iki dəfə) onlar əlaqələrini saxlayırlar. Taula deyir ki, biz İlon ilə yaxşı dostuq: “Və bir-birimizə dəyər veririk. Səkkiz il bir insan ilə bir yerdə olasan, fasilələr ilə olsa da, həmin insanı necə sevəcəyini çox yaxşı bilirsən”, - o deyir.
Ember Herd
2016-cı ildə Honkonqda investisiya forumunda çıxışında İlon Mask deyib ki, onun peşəkar planı – Marsı fəth etməkdir. Həmin vaxt onun şəxsi həyatında bir başqa hədəfi isə Ember Herdin ürəyini fəth etmək dururdu. Əvvəlki romantik münasibətlərinin uğursuz nəticələri fonunda 45 yaşlı milyarderi onu həqiqətən anlaya biləcək can yoldaşı axatrmağa məcbur edir. Təəccüblü deyil ki, onun Ember onun sevgilisi oldu, belə ki, onlar bir neçə gün əvvəl görüşənə qədər Emberin Conni Depp ilə ağır məhkəmə prosessi davam edirdi. İlon Maskın dostları deyir ki, o ilk baxışdan aktrisanı sevir, ancaq onları güclü fiziki bağdan daha çox, oxşar həyat təcrübəsi də birləşdirirdi. Ancaq güclü hisslərin ardından, İlon Emberin onun əvvəlki qadınlardan tam fərqli olduğunu qəbul etməli olur. Mələk görünüşlü bu qadın, şıltaq xarakterə malik idi. Ember münasibətlərinin əvvəlində çəkilişlər üçün Avstraliyaya səfər edir və gününün çox hissəsini azad şəkildə keçirir. İlona isə tabloiddə onun gülümsəyən, şən fotolarına baxmaq qalır. Görünür, Ember Amerikaya qayıtdıqdan sonra, milyarder ona heç bir irad tutmur. Hətta onlar, münasibətlərinin əvvəlində olduğundan daha çox bir yerdə görünməyə başlayırlar. İlon Mask, hətta Emberi birinci evliliyindən olan uşaqlar ilə də tanış etmişdi. Bütün qəzetlər tezliklə Ember və İlonun toyu olacağını deyəndə, onlar anidən ayrılmaq haqqında qərar vermişdilər. Milyarder qəbul edir ki, bu ayrılıq, onun ürəyini dərindən yaralamışdı. O, Rolling Stone nəşrinə müsahibəsində deyirdi ki, Ember məni tərk etdi, mən onu yox. Əlbəttə, çox aşiq idim, ayrılıq çox təsir etdi. Bir neçə həftə davam edən ağır emosional ağrı hiss etdim. Onlar rəsmi şəkildə ayrılıqlarını elan etsələr də, bir yerdə uşaqlar ilə restoran və gəzintilərdə görünürdülər. Ancaq onların münasibətlərini bərpa etməsi haqqında şaiyələr, çox keçmir ki, mətbuatın da onların sadəcə dost olduğu həqiqətini qəbul edir. Buna baxmayaraq 2018-ci ilin əvvəlində onlar yenidən bir yerdə olmaq haqqında düşündülər, ancaq 2018-ci ilin fevralında isə qəti ayrıldılar. People nəşrinə mənbələrin verdiyi məlumata görə, İlon ilə Emberin ayrılıq haqqında qərarları birgə olub, amma cütlük üçün çətin olmuşdu. Mənbə deyir ki, İlon dedi ki, münasibətə nöqtə qoymaq lazımdır, Ember isə razılaşmışdı. Ancaq bu vaxta qədər onlar bir-birilərinin qayğısına qalırlar. Sadəcə onların münasibəti üçün vaxt uyğun deyildi. Onlar ayrılıqlarının səbəbi kimi iş qrafiklərindəki uyğunsuzluğu göstərmişdilər. Ancaq görünən isə o idi ki, əsl səbəb çox dərində yatır.
Kler Buşe (Qrayms)
Qrayms ilə milyarder internetdə tanış olub, daha düzgün desək Twitter şərhlərində. Çox tez bir zamanda aydın oldu ki, onları təkcə oxşar yumor hissi, süni intellektə maraq deyil, eyni zamanda simpatiya da birləşdirir. İlk dəfə onlar Met Galada bir yerdə göründülər, daha sonra isə mətbuat onların münasibətlərini izləməyə başladı. 2019-cu ildə isə onlar sosial şəbəkələrdə bir-birilərini izləməyi dayandırdılar. Bu isə o fikri yaratdı ki, Qrayms ilə Mask artıq ayrılıb.
Ancaq onların arasında soyuqluq çox keçmir ki, dayanır. Belə ki, Mask illik The Game Awardsmükafatlandırma mərasimində birlikdə görünür. Həmin axşam Qraymsın səhnədə çıxışı da nəzərdə tutulmuşdu. Mask sevgilisini dəstəkləmək üçün orada idi. 2020-ci ilin yanvarın 8-də isə Qrayms özünün Instagram səhifəsi üzərindən sensesiyalı foto paylaşmışdı, orada onun hamilə olduğu açıq-aşkar bilinirdi.
Bu yaxınlarda İlon Mask 6-cı dəfə ata oldu. Bu haqda özü Twitter səhifəsi üzərindən xəbər verirdi. Ümid edirik ki, indi o əsl xoşbəxtliyini tapıb.








