Kriştiano Ronaldo karyerası ərzində milyarder olan birinci futbolçu oldu.
Facemark.az xəbər verir ki, bu haqda Forbes nəşri yazıb.
2019-cu ildə Ronaldo 105 milyon dollar qazanıb. Nəşr yazır ki, marka ilə ömür boyu davam edəcək razılaşma futbolçuya illik 20 milyon dollar gətirir. Bu isə o deməkdir ki, onun illik gəlirlərinin 1/5-i Nike-dan gəlir. Futbolçu ilə marka arasında əməkdaşlıq 2003-cü ildə başlayıb. 2016-cı ildə isə tərəflər ömür boyu davam edəcək razılaşmağa getdilər. Mayda Nike Ronaldonun şərəfinə yeni buts Mercurial Superfly ərsəyə gətirdi. Bu kolleksiyanın 10-cu ildönümünə görə idi. Eyni zamanda, bu ayaqqabının kiçik oğlan uşaqları üçün versiyası da olacaq. Bu isə Ronaldonun oğlunun doğum günü şərəfinə olacaq.
Bildirək ki, Nike ömür boyu davam edəcək belə bir müqaviləni sadəcə üç idmançı ilə edib. Ronaldodan başqa, siyahıya basketbolçu Maykl Cordan və Lebron Ceyms də daxildir. Nəşr yazır ki, Ronaldo 17 illik kareyrası ərzində, futbol meydançasında 650 milyon dollar qazanıb, geridə qalan pulları isə o meydançadan kənar fəaliyyəti nəticəsində əldə edib.
Forbes onun oyunlar üçün bağladığı müqavilələrdən əldə etdiyi gəlirlərin 2022-ci ilə qədər 765 milyon dollara yüksələ biləcəyini təxmin edir. Forbes əlavə edir ki, 45 milyon dolları isə o Clear, Herbalife və Abbott brendləri ilə müqavilələrdən əldə edəcək.
Bundan başqa, Ronaldonun özünün də CR7 adlı brendi var. Brendin adı onun baş hərflərinin qısaltması və futbol köynəyinin nömrəsidir. Şirkət geyim, ayaqqabı istehsal edir. Bu isə onun gəlirlərinin ¼-ni deməkdir. Futbolçu ötən il Forbes-in ən çox qazanan məşhurları arasında yer alırdı.
İlk üç yeri isə model Kayli Cenner, ilə 590 milyon dollar, musiqiçi Kanye Uest, 170 milyon dollar və tennis oyunçusu Rocer Federer, 106 milyon dollar ilə tuturdu.
İndi Ronaldo İtaliya klubu Yuventus və Portuqaliya milli yığmasında yer alır. Nəşrin yazdığına görə, Ronaldo tarixdə gəliri 1 milyardı keçən üçüncü idmançı oldu. Daha əvvəl buna qolf oyunçusu Tayqer Vuds (2009-cu il), boks oyunçusu Floyd Meyvezer (2017-ci il ) olmuşdu.
