Kinonun unudulmaz adlarından Kemal Sunalın adına xatirə banknot hazırlanıb. 5000 ədəd hazırlanan “0 Euro” Avropa və Türkiyədə satışa çıxarılacaq.
Türkiyə kinosunun unudulmaz adlarından Kemal Sunalın vəfatının 20-ci ildönümünün şərəfinə xatirə banknot hazırlanıb.
Facemark.az xəbər verir ki, Fransa da rəsmi euro banknotlarının hazırlandığı “Oberthur Fiduciaire” mətbəələrində tanıtım məqsədli “0 euro” olaraq hazırlanan pulun ön hissəsində Kemal Sunalın rəsmləri, arxasında isə Avropa ölkələrinin ikonları yer alıb.
Avropa Mərkəzi Bankının təsdiqi ilə 5000 ədəd həqiqi euro əskinasların üzərinə hazırlanan xatirə və kolleksiya pullarının yarısı Türkiyədə, geridə qalanı isə başda Avropa olmaqla dünya ölkələrində satışa çıxarılacaq.
Tədavüldəki euro banknotları ilə eyni təhlükəsizlik xüsusiyyətlərə malikdir.
Həmçinin Kemal Sunalın xatirə pulları tədavüldəki euro banknotları ilə eyni təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Filigran, mikroprint, Simultouch, hologram, transparan kağız, floresan, görünməz mürəkkəb və hər pulu oxşar edən özəl seriya nömrəsinə sahib pul, ancaq “0 euro” ikonu ilə saxtalarından fərqləndiriləcək.
“0 Euro Projesi”nin Türkiyə nümayəndəliyi firmasının həmtəsisçisi Özgür Honça, lizenziya üçün Sunal ailəsindən icazə aldıqlarını, oğlu Ali Sunala da hazırlanan xatirə pullardan hədiyyə edəcəklərini deyiblər. Honça, turizmə də fayda verəcək Kemal Sunal pullarının internetdən və muzey qarşılarında olan euromatik cihazlarından satışa çıxarıldığını deyib.
Xatırladaq ki, Kemal Sunal 2000-ci ildə iyulun 3-də infarktdan, 56 yaşında dünyasını dəyişib.
