Amerika Birləşmiş Ştatlarında George Floydun polis tərəfindən öldürülməsi ilə alovlanan, polis zorakılığı və irqçiliyə qarşı etirazlar davam edir.


Facemark.az xəbər verir ki, nəhəng reklam holdinqlərinin rəhbərləri WPP, IPG, Omnicom, Dentsu Aegis Network və Publicis Groupe irqçilik və ayrı-seçkiliklə mübarizə çərçivəsində bəzi addımlar atıb.


Business Insider-da çıxan xəbərə görə, Publicis Groupe və WPP-də çalışanların öz təcrübələrini paylaşdıqları, duyğu əsaslı iclaslar reallaşdırıb. Publicis Groupe-un çeşidlilikdən məsul rəhbəri Ronnie Dickerson Stewart 29 Mayda 2000-ə yaxın çalışan ilə görüşlər təşkil edib. Görüşdə yer alan iki iştirakçıların sözlərinə görə, Afro-Amerikalılar öz təcrübələrini duyğusal yolla ifadə ediblər, ağdərili idarəçilər isə müzakirələri səssizcə izləyib.


Publicis Groupe CEO-su Arthur Sadoun 31 May-da video paylaşıb və deyib ki, işçilərinin təhlükəsizliyi və mental sağlamlığına diqqəti artıracaq.


WPP CEO-su Mark Read isə 1 İyunda WPP Qlobal Mədəniyyət naziri Judy Jackson-la bir araya gələn qaradərili çalışanlarına dəstəyini nümayiş etdirdi.


Dentsu çalışanlarına irqçiliyə qarşı təhsil verəcək

Dentsu Aegis Network Şimal və Cənubi Amerika üzrə CEO-su Jacki Kelley isə 1 İyunda çalışanları ilə paylaşdığı açıqlamasında Martin Luther King-in The Other America nitqindən sitat gətirərək, bütün çalışanlarından irqçiliyə qarşı aktiv fəaliyyət göstərmələrini tələb etdi. Kelley, həmçinin deyib ki, irqçiliklə mübarizə çərçivəsində bütün işçilərinə bu çərçivədə təhsil veriləcək, qara dərililərin öz təcrübələrini paylaşa biləcəkləri açıq forum təşkil ediləcək, LGBTQ hüquqlarını müdafiə edən Love Has No Labels oxşar irqçilik əleyhinə kampaniyanın hazırlanması üçün Ad Council ilə əməkdaşlıq ediləcəyini, idarəetmədə isə çeşidliliyin artırılacağı deyildi.


Omnicom: Məsələ siyasi deyil, insanlıq məsələsi

Omnicom CEO-su John Wren 1 İyunda bütün şirkət işçiləri ilə paylaşdığı yazısında, bildirib ki, ötən günlərdə Omnicom çalışanlarından Christian Cooper Nyu Yorkun Mərkəzi Parkında quş seyr edərkən irqçi münasibətə rast gəlib.


Və Floyd-u öldürülməsini son günlərdəki irqçi hücumların bir hissəsi olaraq dəyərləndirdi. Məsələnin, siyasi deyil, insanlıq məsələsi olduğunu deyən Wren, çeşidlilik və bərabərliyin Omnicom-un yaradıldığı 1986-cı ildən bəri şirkət əsas dəyərləri olduğunu əlavə edib.


IPG: İrqçilik koronavirusdan belə təhlükəlidir

IPG CEO-su Michael Roth, daha çeşidli və bərabər şirkət mədəniyyəti yaratmaq üçün təşviq proqramlarına yenidən baxacaqlarını deyib. Bildirib ki, qara dərili, Asiya əsilli, LGTBQ çalışanları təmsil edən qruplar ilə daha yaxın işlər görəcəklər. Əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatına daxil olan Unstereotype Alliance-a dəstəklərini davam etdirəcəklər. Roth deyib ki, irqçilik koronavirusdan belə təhlükəli düşməndir, hər iki düşmən isə insanlığı bir araya gətirəcək.