Moskvanın kofe-qəhvə dükanları şəbəkəsi Cosmic Latte özünün soyuq dəmlənmiş kofesini satışa çıxarmaq üçün The Clients agentliyindən dəstək alıb. Soyuq bryu, soyuq dəmlənmiş kofedir, tərkibində yüksək miqdarda kofein olan çox zəngin bir içkidir.


Facemark.az xəbər verir ki, bu məhsul işqolik insanlar üçün idealdır. Ona görə də brend satışlarda ilk olaraq işqolikləri hədəf kütləsi kimi götürüb.



İdeya sahibləri isə əlavə edir ki, içki hər kəsə deyil, xüsusi bir kütləyə xitab edir. Əlbəttə ki, bu məhsulu keyfiyyətli kofe sevənlər bəyənəcək. Amma hədəf kütlə yenə də çox çalışan, ancaq gündə bir fincan da olsa, kofe içmədən keçinməyən insanlar üçün nəzərdə tutulub. The Client agentliyi yeni məhsulun qeyri-standartlığını və səmimiliyini qəbul edərək, adını Workaholic (İşqolik) qoyub və buna uyğun da qablaşdırma tərtib edilib. Buna görə də məhsul sadəcə, pivə bankaları və şərab şüşələrində satışa çıxarılıb. Layihə komandasından isə deyiblər ki, nə də olsa işqoliklər də alkoqol içki pərəstişkarlarına oxşayır. Biri işə, digəri isə alkoqola eyni ehtirasla bağlıdır. Qablaşdırmanı hazırlayanlar yaxşı başa düşürdü ki, əsl işqoliklər əsla dayanmayacaqlar. Buna görə də agentlik bir loqo yerinə 10, bir etiket yerinə 10-u hazırlayıblar. Eyni zamanda, Telegram üçün stiker, poster, rozetlər, nişanlar, pivə bankası, hədiyyə qutusu, kofe paketləri və s. ərsəyə gətiriblər.





Stiker paketini buradan yükləmək olar.


Yaradıcı qrupun tərkibi:


Cosmic Latte (müştəri):


Cosmic Latte-nin rəhbəri – Vladimir Makkiyev


Şef-barista- Nikolay Boqoslavskiy


Marketoloq- Arina Adeyanova


The Clients (agentlik):


Kreativ direktor: İvan Derqaçev


Dizayn director- Lidiya Kapış


Dizayner – Albert Safin, Aleksandr Çuşkin, Anna Pazyuk


İllüstrator – Viktor Homenko, Alfert Safin, Aleksandr Çuşkin


3 D-vizualizator – Albert Safin


Mouşn-dizayner – Aleksandr Çuşkin