Bütün dünyada Zara, Bershka, Massimo Dutti kimi məşhur brendlərin mindən çox mağazası bağlanacaq.
Facemark.az xəbər verir ki, bu brendləri idarə edən Inditex şirkətindən deyiblər ki, restrukturizasiya gedir. Səbəb kimi isə pandemiya zamanı satışların enməsi və zərər göstərilib.
Həmçinin çətin vəziyyətdən Rusiyanın moda sənayesi və riteylerləri də şikayət edir. Ekspertlər isə deyir ki, bu il moda biznesi uğursuz olacaq. Adıçəkilən sektorda uzun müddətdir ki, problemlər mövcud idi, ancaq bir çoxları üçün koronavirusun yayılması və məhdudlaşdırıcı tədbirlərin görülməsi son damcı idi.
Xatırlayırsınızsa, facemark.az-da Rusiyada olan ilk qurban brend haqqında yazmışdıq. Belə ki, aprelin sonunda KİV-də yazılmışdı ki, qadın və kişi geyimləri şəbəkəsi Fashion House özünün mağazalarını bağlayır. Belə ki, onun 25 mağazası, əsasən paytaxt Moskvada yerləşirdi.
“Əlbəttə, belə bir böhran heç bir zaman olmamışdı. Ən çətin vaxtlarda belə istehlak sabit idi və satınalma büdcələri tərtib edilirdi”, - deyə Fashion Hab Russia-nın baş direktoru, Beynəlxalq Alıcılar Birliyinin prezidenti Qeorqiy Rostovşikov deyib.
İndi geyim satışları tamamilə çöküb. Rosstatın məlumatına görə, apreldə geyim satışları martla müqayisədə 82%, ayaqqabı isə 70% enmə nümayiş etdirib. Və daha bir anti rekord isə malların ehtiyatı ilə bağlıdır. Alıcıların olmamasından dolayı, məhsullar stokda qalıb. Rosstat yenə əlavə edir ki, stokda il yarımdan çox olan məhsullar qalıb, təxminən 574 günlük. Yeri gəlmişkən, yaranan belə vəziyyət qısa perspektivdə müştərilər üçün xeyir gətirə bilər.
Fashin Consulting Group-un maliyyə direktoru Anuş Qasparyanın sözlərinə görə, “şəbəkə kimi fəaliyyət göstərən bir çox mass-market-marka sərfəli təkliflər ilə çıxış edə bilər. Söhbət, əlbəttə ki, daha böyük 70-90%-lik endirimdən deyil, 30-60%-lik endirimdən gedir”.
Ticarət mərkəzlərinin bağlanmasından sonra, Rusiyada pərakəndəçilər özlərinin əsas satış kanalını itirdilər. Onlayn-satışlar üzrə yüksək artımın olmasına baxmayaraq, onlayn seqment sahə üzrə bütün satışların cəmi 12%-ni təşkil edib. Bundan əlavə, kiçik regional şirkətlər yeni ticarət modelinə tez öyrəşmədilər.
Hətta yaranan böhran H&M kimi beynəlxalq moda evindən də yan keçmədi və satışlarında 57%-lik enmənin olduğunu bildirdi. Eyni zamanda, pərakəndəçi onlayn seqmentə fokuslanmağa başladı. Əlbəttə, dövriyyə 1/3-ə qədər artım nümayiş etdirdi, ancaq bu göstəricilər offlayn mağazaların bağlanmasından sonra yaranan itkini qarşılamadı. Rusiyada geniş şəkildə yayılan başqa bir riteyler də eyni mənzərə haqqında məlumat paylaşdı. Satışlar enməkdə idi.
Finn Flare-nin prezidenti Kseniya Ryasova deyirdi ki, “bizim 2 ayda olan itkilərimiz 2 milyon rubl təşkil edib”.
Moda satıcıları tələbatın ümumi azalması problemi ilə üzləşirlər. Üstəgəl, Rusiyada bu tendensiya 2019-cu ildən müşahidə edilməyə başlamışdı. Belə ki, həmin vaxt neçə ildən sonra ilk dəfə ayaqqabı və geyim satışları 3-4% nisbətində enmişdi. Burdan belə qənaətə gəlmək olar ki, pandemiyanın təsiri ilə yuxarıda adıçəkilən tendensiya sadəcə möhkəmlənib.
Qeorqiy Rostovşikov deyir ki, “Bazar məhsul ilə həddindən artıq doyub. Bu da bazara yeni çıxan məhsulların həzm edilmə prosesini yavaşlatdı. İstehlakçıların aktivliyi güclü şəkildə endi”.
Bir çoxları düşünürdü ki, ticarət mərkəzləri və mağazalar açılandan sonra, belə yerlər sözün əsl mənasında dolub-daşacaq. Ancaq iyunun ilk həftəsi üzrə məlumatlar isə gözlənilənin əksini deyir. Rusiyalıların ayaqqabı və geyimə pul xərcləməsi hələ ki minusdadır. Müştərilər alış-veriş mərkəzlərinə getməyə belə maraqlı deyillər.
Qeyd edək ki, bir çox ekspertlər isə adıçəkilən sənayedə yeni trendin, istehlakın azaldılması və daha ağıllı alışa keçidin güclənməsinin şahidi olacaqlarını deyirlər. Yaranan mənzərə və pərakəndəçilərin geridönüşləri göstərir ki, yaxın dövrlərdə sürətli moda sənayesi sadəcə qürub edəcək.