ABŞ-ın qəhvə restoranları şəbəkəsi Starbucks yaxın 18 ayda ABŞ və Kanadada təxminən 400 şöbəsini bağlayacağını planlaşdırır.
Facemark.az xəbər verir ki, koronavirusundan dolayı böyük gəlir itkisi yaşayan şirkət, kafe modelində də dəyişikliyə gedəcək.
Şimali Amerikada sadəcə al-götür xidməti verən təxminən 300 yeni şöbə açacaq. Dünya miqyasında 30 000-dən çox şöbəsi olan şirkətin Türkiyədə də 434 şöbəsi mövcuddur.
Şirkət, CNN-ə göndərdiyi e-poçtda mövcud vəziyyətdə ABŞ-da təxminən 15 000 şöbəsində satışların 80%-nin al-götür şəklində olduğunu izah edib.
Starbucks-un nümayəndəsi isə deyib ki, “Onsuz da gələcəkdəki şöbələrin necə olacağını düşünürdük, epidemiya sadəcə planlarımızı daha da sürətləndirdi”, - dedi. Şirkət, beləliklə şöbələrində insan sıxlığının da qarşısını almağa çalışır.
Açıqlamada deyilib ki, ABŞ-dakı hər böyük kənddə ənənəvi şöbələrimiz ilə al-götür şöbələrinin qarışığının olmasını planlayırıq. Planlaşdırılır ki, cari ilin üçüncü rübündə, bir il əvvəlki illə müqayisədə gəlirlər 3,2 milyard dollar azalacaq.
Xatırladaq ki, kompaniya ABŞ-dakı şöbələrinin 95-ni yenidən açıb. Mayda şirkətin satışları isə 43% düşüb.