Volvo-nun koronavirusdan dolayı yaranan iqtisadi çətinlikdən dolayı 2020-ci ildə 4 100 nəfəri işdən çıxaracağı öyrənilib.
Facemark.az-ın xarici mətbuata istinadən məlumatına görə, İsveçin avtomobil istehsalçısı Volvo Group koronavirusun yaratdığı neqativ təsirlərdən dolayı “ağ yaxalı” işçi sayını 2020-ci ilin sonuna qədər 4100 nəfər azaltacağı deyilib.
Volvo CEO-su Martin Luhdstedt isə açıqlamasında deyib ki, “Koronavirus epidemiyası və bu epidemiya ilə mübarizə üçün alınan tədbirlər bizim sektorumuza çox pis təsir edib. Tələbin artması ilə iqtisadi təsirlərin daha az olması gözlənilir, ancaq bizim də təşkilatı quruluşumuza yenidən baxmağımız lazımdır”, - bildirib.
