Çinin ByteDance şirkəti yanvar-martda təxminən 5,6 milyard dollar qazanıb.
TikTok-un sahibi Çinin ByteDance şirkətinin gəlirləri 2020-ci ilin birinci üç ayında təxminən 2 dəfə artaraq 40 milyard yuana (5,64 milyard dollara) çatıb.
Facemark.az xəbər verir ki, bu haqda Reuters nəşri mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, kompaniya 200 milyard rubl qazanmağı planlaşdırır. ByteDance şirkəti isə nəşrin suallarını cavablamaqdan imtina edib.
Reusters yazır ki, kompaniya gəlirlərinin böyük hissəsini Çindəki əlavədən (TikTok deyil, onun lokal versiyası olan Douyin-dən), Jinri Toutiao xəbərlər aqreqatorundan əldə edir.
Xatırlatmaq yerinə düşər ki, karantin zamanı IT-korporasiyasının əlavəsi böyük populyarlıq əldə edib. Təkcə, AppAnnie-nin məlumatına görə, yanvarda populyar 10 əlavədən 6-ı ByteDance şirkətinə aid olub.
TikTok-un rəhbəri Jan İmin ilə bağlı hazırladığımız fmr videonu isə aşağıda izləyə bilərsiniz.