Dünyada 190-dan çox ölkədə 167 milyon pullu istifadəçiyə fərqli növ və dillərdə serial, film, sənədli film və s. təklif edən Netflix, Türkiyədəki yenilənən abunəçi sayı və gəlirləri açıqlandı.
Facemark.az-ın məlumatına görə, yerli orijinal məhsulları ilə davam edən Netflix, yeni məhsulları ilə inkişaf etməyə davam edir.
Dünyanın koronavirus epidemiyası ilə başa çıxmağa çalışdığı bu dövrdə, platformaya maraq xeyli yüksəkdir. Belə ki, dünya miqyasında insanların evlərə qapanmasından sonra artan trafik ilə baş edə bilməyən şirkət, çarəni yayım keyfiyyətini düşürməkdə görmüşdü.
Netflix-in Türkiyədə pullu abunəçi sayı və gəliri
Netflix Türkiyədəki abunəçi sayını gündən günə artırır. CompariTech tərəfindən açıqlanan son rəqəmlərə görə, Türkiyədəki abunəçi sayı 1,7 milyonu keçib. Bu rəqəmin gəlir əksi isə 53 milyon dollar oldu. 2020-ci ilin ilk rübündə açıqlanan bu rəqəmin, dünya miqyasında sıralamada yaxşı bir yerdə olduğunu deyə bilər.
Proqnoza görə isə cari ilin ikinci rübündə Türkiyədəki abunəçi sayı 1,9 milyonu keçəcək, gəlir isə 60 milyon dolları ötəcək.
