Heinz kompaniyası brendin qlobal yenilənməsini hazırlayıb.
Facemark.az-ın məlumatına görə, Designweek nəşri yazır ki, indi şirkəti bütün məhsul portfelini bir kimlik altında birləşdirir.
Şirkət müxtəlif bazarlarda fərqli məhsullları ilə fəaliyyət göstərir. Belə vahid elementin hazırlanmasında məqsəd şirkətin bütün məhsul xəttini bir xəttdə birləşdirmək idi. Dizaynerlər, əlbəttə ki, şirkət ilə əlaqəli olan bir vizual element axtarışında idilər. Onlar bunun üçün aşağıdakı çərçivəni düşündülər. Yeni dizaynda, həmçinin şirkət üçün yeni şrift - Heinz Label də hazırlanıb. Şirkətin məhsullarının dizaynında məhz bu şriftdən istifadə ediləcək. Loqotipin yenilənməsi ilə şirkət ilə son 15 ildir ki, əməkdaşlıq edən JKR agentliyi məşğul olub.
Adweek nəşrinin isə yazdığına görə, yeni vizual ilə məsullar artıq piştaxtalarda görünür, ancaq qlobal flaqman isə yaxın həftələrdə reallaşacaq. Şirkətin 151 illik tarixində ilk dəfədir ki, ilk vahid kimlik yaradılıb.


