Doğanşehir Bələdiyyə Rəhbəri Vahap Küçük təxminən 2 həftədir ki, davam edən narahatlığından dolayı müalicə aldığı xəstəxanada vəfat edib. Küçük ürəyindəki problemə görə aramızdan ayrılıb.
LC Waikiki-nin İdarə Heyətinin Rəhbəri Vahap Küçük-ün atası, Vahap Küçük, 2014-cü ildən bəri AK Parti-dən Doğanşehir Bələdiyyə Rəhbəri vəzifəsini icra edirdi. Küçük evli və 9 uşaq atası idi.
Küçük-ün vəfatı ilə bağlı LC Waikiki-dən belə bir açıqlama gəlib:
“Dəyərli KİV nümayəndələri,
Şirkətimizin İdarə Heyətinin Rəhbəri hörmətli Vahap Küçük və CEO-muz Mustafa Küçük-ün qiymətli atası, Doğanşehir Bələdiyyə Rəhbəri Vahap Küçük-ü itirmənin dərin kədəri içindəyik. Mərhuma Allahdan rəhmət, başda kədərli ailəsi olmaqla, bütün sevənlərinə başsağlığı və səbr diləyirik”.
Mustafa Küçük kim idi?
Vahap Küçük 1942-ci ildə Malatya-nın Doğanşehir əyalətinə bağlı olan Elmalı Məhləsində dünyaya gəlib. İbtidai sinifi Elmalıda, orta sinifi isə Doğanşehir-də bitirib. Əskərlikdən sonra isə evinə dönərək heyvandarlıq və əkinçiliklə məşğul olub. 1968-ci ildə Doğanşehirə köçərək, burada ticarət və heyvandarlıqla məşğul olub.
1972-ci ildə Milli Selamet Partisi-nin Doğanşehirdə quruculuğunu reallaşdırdı və əyalət rəhbərliyini etdi.
1983-cu ildə Turqut Özal ilə birlikdə ANAP təşkilatının yaradılmasına iştirak edib, Doğanşehir əyalət təşkilatını yaradıb və əyalət rəhbərliyini edib. Özalın ölümündən sonra vəzifəsini də itirir. 1984-cü ildə Doğanşehir Tavşantepe civarında ferma qurur və ticarət və heyvandarlıqla məşğul olur. 1985-ci ildə uşaqları ilə birlikdə tekstil sektorunda fəaliyyətə başladı. 2001-ci ildə AK Parti-nin qurulması ilə əyalət təşkilatını yaratdı və rəhbərlik vəzifəsinə keçdi.
