Qarşıdakı ildə Ogilvy reklam agentliyindəki vəzifəsini tərk edəcəyini deyən, 41 yaşlı CEO (baş icraçı direktor) Con Seyfertin (Jhon Seifert) yerinə gələcək şəxsin adı açıqlanıb.
Facemark.az xəbər verir ki, 2014-cü ildən bəri Deloitte Digital-ın qlobal rəhbərliyini edən Endi Mayn (Andy Main) Ogilvy-nin yeni qlobal CEO-su olacaq.
Endi Mayn yeni vəzifə dəyişikliyi ilə bağlı deyib ki, Ogilvy adı yaradıcılıq və strategiyada mükəmməlliklə eyni mənaya gəlir. Ogilvy-nin gələcəkdəki CEO-su olmaqdan qürur duyur.
Endi Mayn vəzifəsini İyul 2020-dən etibarən icra etməyə başlayacaq. Yeni işə adaptasiyaya görə, ilin sonuna qədər Con Seyfert ilə birlikdə çalışacaq.