Qısa videoların hazırlanması üzrə Çin xidməti TikTok BrandZ100-ün dünyanın ən bahalı reytinqinə daxil olmağı bacarıb.
Facemark.az-ın məlumatına görə, illik araşdırma Kantar və WPP tərəfindən hazırlanır. Platformanın dəyəri 16,9 milyard dollar qiymətləndirilib.
Brend reytinqdə 79-cu sırada qərarlaşıb. O, Gillette ($15,1), Uber ($15,9), Adidas ($14,8) və Pepsi-ni ($13,3 milyard) qabaqlayıb. Sonuncu şirkət isə reytinqə yeni daxil olub.
Kompaniya, eyni zamanda qlobal markalar arasındakı bazar dəyişikliklərinə qarşı dayanıqlılıq baxımından TOP-15-də ilk sırada yer aldı. Reytinqin ikinci və üçüncüsü isə Coca-Cola ($71,7 milyard) və Estee Lauder ($7 milyard qiymətləndirmə) olub. Sosial şəbəkə reyttinqdə ilk sırada yer alan, əyləncə kateqoriyasından olan yeganə brend olub. Reytinqdə əsas yerləri pivə və lüks seqmentdən olan ənənəvi kompaniyalar tutub.
Xatırladaq ki, dünyanın ən bahalı brendləri reytinqində ilk sıralamada bir dəyişiklik yoxdur. Belə ki, lider yenə Amazon ($415,9 ), Apple ($352,2), Microsoft ($326,5) və Google ($323,6) olub.
TOP-100-ə daxil olan şirkətlərin ümumilikdə dəyəri isə bir ildə 6% artaraq 5 trilyon dollara çatıb.

