Kantar və WPP-in TOP-100 bahalı brend ilə bağlı araşdırmasında gəldiyi ƏSAS NƏTİCƏLƏR belə olub.


- Hesabatda deyilir ki, pandemiya zamanı rəqəmsal cihazlar ilə insanların problemlərini həll etməyə çalışan markalar qazanıb. Analitiklər deyirlər ki, bu şirkətlər bir neçə həftə özünütəcriddən sonra, müasir həyatın dinamikasını təxmin ediblər, hətta belə demək mümkünsə ixtira ediblər.


- Rəqəmsallaşma fast-food restoranları şəbəkəsinə offlayn restoranların bağlanmasından dolayı yaranan itkini kompensasiya etməyə kömək oldu. Eyni zamanda, rəqəmsallaşma epidemiyanın yayılmasını yavaşlatdı. Ancaq bununla belə fast-food kateqoriyasında 2%lik enmə müşahidə edilib.


- Geyim seqmenti özünün dəyərini qoruyub. Məsələn, Lululemon geyim markası rəqiblərindən ön plana çıxmağı bacardı. Belə ki, onun offlayn mağazalarının bağlanmasına baxmayaraq 40%-lik böyümə müşahidə edildi. Müsbət dinamika insanların karantin zamanı geyinməyə üstünlük verdikləri gündəlik məhsullara tələbatı artırdı. Şirkət, eyni zamanda elektron ticarəti dəstəkləyib və onlayn yoqa kurslarının təşkili ilə də diqqət çəkib.


- Tendensiyalar ilə ayaqlaşmayan və keçid dövründə çətinlik yaşayan energetika və avtomobil sektorunda enmə müşahidə edildi. Avtomobil kateqoriyasında isə təkcə Tesla 22%-lik böyümə nümayiş etdirib.


- Pandemiya, hesabatda araşdırılmış 14 kateqoriya üzrə brendlərə fərqli təsir göstərib. Məsələn, onlardan təkcə 6-nin dəyəri artıb. Hər artım dinamikası isə 5%-dən çox olub. Təkcə, pərakəndə sektorunda artım 21%, texnologiyada isə 10%, sığortada isə 8% olub.


- Hesabatda araşdırılmış 20 brenddə isə daha yüksək artım qeydə alınıb. Onlardan 12-i texnologiya və onlayn-riteylerdən gəlib. Dəyəri 29%-dan 47%-ə qədər artan brendlərin arasında Adobe, LinkedIn, Netflix və Instagram olub.


- Üç ən böyük istehsalçı şirkətlər, hansılar ki, insanların alışlarını və evdə işləri asanlaşdırır, məsələn, Amazon, Alibaba və Microsoft vahid böyümə nümayiş etdirməyiblər. Müvafiq olaraq 32%, 16%, 30% olub.


Hesabatda deyilib ki, bu markalar böhran dövründə onlayn və offlayn reallıqları birləşdirməyə nail olublar. Bu tendensiyanı tuta bildiklərinə görə, daha da böyümə şansına sahibdirlər.