Hindistanda ölkənin suverenliyinə və bütövlüyünə - dövlətin asayiş və təhlükəsizliyinə xələl gətirən 59 Çin mobil əlavəsi bloklanıb.
Facemark.az-ın məlumatına görə, bu haqda Dövlət Mətbuat və İnformasiya Bürosunun (Press Information Bureau, PIB) məlumatında deyilib.
Qadağa olunan əlavələr arasında TikTok, LiKee, Clash of Kings, WeChat, Weibo və başqaları var. Hindistan hakimiyyətinin isə hind vətəndaşlarının məxfi məlumatlarının qorunması ilə bağlı narahatlıqları var.
Qeyd edək ki, öz növbəsində TikTok-dan bildiriblər ki, onlar Hindistan vətəndaşlarının məlumatlarını üçüncü bir tərəfə ötürməyiblər. Xəbərdə deyilib ki, ölkənin İnformasiya və Təhlükəsizlik Nazirliyinə istifadəçi məlumatlarından sui-istifadə edilməsi ilə bağlı xeyli sayda şikayət daxil olub.
Xidmətin Hindistan üzrə rəhbəri Nikxila Qandi isə deyib ki, kompaniya ölkə qanunlarına riayət edir və istifadəçilərin təhlükəsizliyi onlar üçün hər zaman prioritet olub.
Bildirək ki, daha əvvəlki xəbərlərdə deyilirdi ki, Çinlə sərhəddə Hindistanın 20 əsgəri öldürülüb. Ölkə rəhbərliyi isə bu məsələdə Çini ittiham edir.