Nissan mart ayından bəri məlum olan yeni loqotipini rəsmi şəkildə elan edib.


Facemark.az-ın məlumatına görə, həmin vaxt mətbuatda deyilirdi ki, avtomobil istehsalçısı yeni ticarət nişanını bir neçə bazarda qeydiyyata alır.


Loqotipin dəyişdirilməsi ehtiyacı ilə bağlı olaraq kompaniyadan demişdilər ki, indi müştərilər fizikidən daha çox, rəqəmsal dünyada yaşayırlar. Ötən 20 ildə köhnə loqotip Nissanın kimliyi rolunu oynayıb. Amma avtomobil istehsalçısının sözlərinə görə, əlbəttə, köhnə loqotipin rolu bununla məhdudlaşmayıb. Bu, həm şirkətin vizit kartı, yapon istehsalçının müştəriləri ilə təmas nöqtəsi olub. Köhnə loqotip, həmçinin şirkətin qurucusu Yuşisuke Aykavanının fəlsəfəsini də əks etdirirdi. O, deyirdi, “əgər sizin inancınız güclüdürsə, o günəşə belə çatmağa qadirdir”.



Yeni loqotip markanın mahiyyətini qoruyub saxlamaqla yanaşı, son onilliklərdə cəmiyyətdə baş verən dəyişiklikləri də özündə əks etdirməyi bacarıb. Nissan redizayn ilə vurğulayır ki, gələcəyə baxın, amma adət-ənənələri, irsi və yenilikləri unutmayın. Şirkətin adı, markanın keçmişini və təkamülünü simvolizə edən loqotipin mərkəzi elementi olaraq qalır.



Qeyd edək ki, Nissan loqotipin yenilənməsi ilə bağlı hələ 2017-ci ildən düşünürdü. Həmin vaxt şirkətin vitse-prezidenti Alfonso Albayisa brendin yeni loqotipi ilə bağlı özünün vizyonunu paylaşmışdı. 2 il ərzində isə Tsutomo Matsunun rəhbərliyi altında komanda yeni eskizlərin yaradılması ilə məşğul oldular. Dizaynerlərin məqsədi isə o idi ki, daha sərt sənaye üslubundan, daha digital-friendly, tanınan və zərif üsluba keçmək idi.






Yeni loqotip iyulda təqdim edildi. Onu internet reklamında, brendin sosial şəbəkələrində və diler lövhələrində görmək olar.