Moskva Sağlamlıq İdarəsinin baş diyetoloqu Antonina Starodubova arıqlamaq üçün saqqızın faydalarından bəhs edib.


Facemark.az-ın məlumatına görə, bu haqda Moskva agentliyi yazıb.


O, deyib ki, saqqızın kilo verməyə təsirləri ilə bağlı çoxlu dəlillər var. Ancaq bu yenə də o demək deyil ki, heç bir aktivlik etmədən, yalnız saqqız ilə arıqlamaq mümkündür.


Dietoloq deyib ki, bəzi insanların sözlərinə görə, onlar müntəzəm saqqız çeynəməklə iştahlarını azaldıblar. Eyni zamanda qəlyanaltıların yeyilməsi tezliyini də minimuma endiriblər.


Bildirilib ki, təkrarlanan çeynəmə hərəkətləri emosional vəziyyəti stabilləşdirməyə və stressi azaltmağa kömək olur.


Ancaq həkim dietoloq deyir ki, hər nə qədər saqqız faydalı olsa da, diş problemləri olanlar üçün ziyanlıdır. Belə ki, şəkərli saqqız çeynəmək dişlərdəki implat və blombların, diş qapaqlarının aşınmasına, kariyesin artımına və diş artikulyasiyasının pozulmasına səbəb ola bilər.


Antonina Starodubova deyir ki, saqqızın ziyanını minimuma endirmək üçün isə onu ard-arda 10-20 dəqiqədən çox çeynəmək olmaz. Eyni zamanda, saqqız özündə şəkəri ehtiva etməməlidir. Bununla yanaşı, gündə 30 dəqiqədən çox saqqız çeynəmək tövsiyə edilmir.