Jacobs, Tassimo, Moccona, Carte Noire, L’OR, Pickwick markalarını idarə edən Jacobs Douwe Egberts kompaniyası kreativ partnyor axtardığını elan edib.


Facemark.az-ın məlumatına görə, Campaign nəşrinin yazdığına görə, qida nəhəngi bir sıra agentliklərə brif ilə müraciət edib. Şirkət nəşrin brifin nədən ibarət olduğu ilə bağlı suallarına isə cavab verməkdən imtina edib.


Keçən il Jacobs Douwe Egberts IPO çərçivəsində Peet’s Coffee ilə birləşdiyini elan etmişdi.


Nəticədə JDE Peet’s FMCG-qəhvə seqmentində birinci olmaq və 20-dən çox bazarda lider mövqe tutmaq məcburiyyətində qaldı.


Birləşən şirkət 140 ölkədə təqdim edilib və onun gəlirlərinin isə 7 milyard avroya çatacağı gözlənilir.


JDE JAB Consumer Fund və JAB Holding Company-nin sahibidir.


Keurig Dr Pepper, Krispy Kreme Doughnuts-ni ona aiddir və Coty Inc.də səhmləri var.


Campaign nəşri, həmçinin deyib ki, GSK Consumer Healthcare (resept tələb etməyən sağlamlıq məhsullarının istehsalçısı) prodakşn partnyorları siyahısına Publicis Production və Tag-ı əlavə edib. SAP IT korporasiyası isə qlobal alışlar və mediaplanlama ilə bağlı olaraq Omnicom Media Group ilə əməkdaşlıq edəcək.


OMG müştəri üçün holdinqin müxtəllif agentliklərində çalışan mütəxəssislərin işləyəcəyi North Star adlı bölmə yaradacaq.