ABŞ prezidenti Donald Tramp TikTok və WeChat-dan gələn təhdidlərə son qoymaq qərarına gəlib.


Facemark.az-ın məlumatına görə, sənəddə deyilir ki, Çin istehsalçıları tərəfindən hazırlanan mobil əlavələr ölkənin milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid edir.


Qadağa 45 gündən sonra qüvvəyə minəcək. Bu vaxta qədər isə ABŞ sakinlərinə, ayrı-ayrı şəxslərə, təşkilatlara, ictimai və özəl şirkətlərə Çin şirkəti ByteDance və onun törəmə şirkətləri ilə (məsələn, TikTok) hər-hansı əməliyyat aparmaq qadağa ediləcək.


Oxşar iddia WeChat ilə də bağlıdır. Trampın yazdığına görə, xidmət ABŞ-a səfər edən Çin vətəndaşlarının şəxsi və rəsmi məlumatlarını toplayır, onu Kommunist Partiyasına ötürür. Bununla da həyatlarında ilk dəfə azad cəmiyyətin faydalarından yararlanan insanların həyatlarını idarə etmək üçün mexanizm yaradır.


Buna görə, də ABŞ prezidenti sakinlərə ana şirkət Tencent ilə bağlı olanlarla əməliyyatlara qadağa qoyub.


Sənədə görə, TikTok-un ABŞ-da 175 milyondan, bütün dünya üzrə isə milyarddan çox auditoriyası var. WeChat-ın qlobal auditoriyası da həmçinin isə milyardı ötüb keçir.


Bildirək ki, ABŞ hakimiyyəti TikTok-un qadağa olunması məsələsini iyuldan müzakirə edir.


Tətbiqə qadağa qoyulmasının səbəblərindən biri də ABŞ-da yaxınlaşan president seçkiləri ilə bağlıdır.


Yaranan konflikt isə ByteDance-nin ABŞ-da biznesini satmağa məcbur etdi. Bu həftənin əvvəlindən məlum olmuşdu ki, Çin şirkəti Microsoft şirkəti ilə danışıqlar aparır.


Axios Ağ Evin nümayəndəsinin sözlərinə istinadən yazır ki, Microsoft və digər potensial alıcılara TikTok-la satış ilə bağlı danışıqlar aparmaq üçün 45 günü var.


Nəşr, həmçinin Tencentin amerika şirkətləri Reddit və Epic Games, Fortnite oyunun istehsalçısına yatırdığı investisiyaları da xatırlayır.