Bu gün Cənubi Koreyanın “boy band”ı BTS qrupunun dəyərinin 4,5 milyard dollar olduğu deyilir. Bu isə K-Pop sektorunun nə qədər qazanclı olduğunu göstərir. Bilet satışları və musiqilərinin yüklənmələri rekord qırır.


Maraqlısı budur ki, K-Pop ulduzları sərvətlərini sponsorluq yolu ilə əldə ediblər. Əlbəttə, belə bir məşhurluq markaların diqqətindən kənar qala bilməzdi. Onlar adıçəkilən ulduzlar ilə qlobala səs gətirən reklam kampaniyaları ərsəyə gətiriblər.


Gəlin, onlara birlikdə nəzər yetirək.


Hyundai x BTS: Positive Energy


Hyundai, BTS-i 2018-ci ildə qlobal marka elçisi elan etmişdi və bu il 3 iyunda YouTube-da yayımlanan kampaniyaları təxminən 15 milyon izləyici toplamışdı.



Coca-Cola – Taste the Feeling


K-Pop qrupu NCT127-nin yer aldığı “Taste the Feeling”, Coca-Cola-nın imza mahnısının bir K-Pop adaptasiyasıdır.



Samsung: All-New Galaxy A with Blackpink


Blackpink hazırda 24 saaatda ən çox izlənilən musiqi videosu rekordunu qırıb.


“How You Like That” adlı mahnıları isə beş Guinness Dünya Rekordu əldə edib. Qrup Spotify-da ən çox izlənilən qız qrupu olub. Bütün bu populyarlıq, əlbəttə, ardınca reklam müqavilələrini də gətirdi. Samsung bu ilin əvvəlində Galaxy A80-in flaqmanı üçün Blackpink ilə razılığa gəlib.



Samsung: Galaxy X BTS


Samsung görünən odur ki, K-Pop ulduzlarından gözlədiyi geridönüşü əldə edib. Elə buna görədir ki, onlar ilə əməkdaşlığı davam edib.



K-Pop ulduzlarını bilbordlara daşıya isə təkcə markalar deyil!



Korean Air: Safety Video


Səhnələrdə yeni-yeni görməyə başladığımız SuperM, K-pop-un ən uğurlu qruplarının üzvlərindən ibarət olan, diqqətlə seçilən bir süper qrupdur.


Korean Air üçün hazırlanan “You Can Go Anywhere” adlı kampaniya videosu fütüristik bir hava limanında baş tutub.



Görünən odur ki, bütün dünyanı yerindən oynadan bu fenomen qruplar uzun müddət marketoloqların strategiyalarında yer alacaq.