Bernard Arnault
5 mart 1949-cu il təvəllüdlü Bernard Jean Étienne Arnault bir Fransız milyarder iş adamıdır. O, dünyanın ən böyük lüks şirkəti olan LVMH Moët Hennessy - Louis Vuitton SE-nin sədri və icraçı direktorudur. LVMH Moët Hennessy-Louis Vuitton SE, qısa olaraq LVMH olaraq bilinir, mərkəzi Fransa, Parisdə yerləşən lüks mallarda ixtisaslaşan Fransız şirkətidir. Şirkət 1987-ci ildə Louis Vuitton moda evinin Moët Hennessy ilə birləşməsi nəticəsində qurulmuşdurş. Bu şəxs 2018-ci ilin aprelində Zara-nın təsisçisi Amancio Ortega-nı üstələyərək moda sahəsində ən zəngin insanı oldu. Arnault 2019-cu ilin dekabrında qısa müddətliyinə Jeff Bezos-u geridə qoyaraq dünyanın ən zəngin insanı olmuşdur. 2020-ci ilin yanvarında yenidən qısa müddətə dünyanın ən zəngin insanı adına layiq görülmüşdü.
Bloomberg-ə görə 2020-ci ilin avqust ayına, əsasən, xalis sərvəti 115 milyard dollar olaraq qiymətləndirilir və dünyada ən varlı 4-cü adam hesab olunur (Forbes-ə görə ən varlı 3-cü şəxsdir).
LVMH-yə əlavə olaraq, Arnault başqa investisiyalara nəzarət edir. Arnault Groupu, Netflix və Blue Capital-a sərmayə qoyub və eyni zamanda Fransız qida zənciri Carrefour-da da böyük paya sahibdir. O, Boo.com-a və bir çox digər onlayn təşəbbüslərə sərmayə qoymuş, eyni zamanda Princess Yachts-ı birbaşa satın almışdır. Arnault Parisdəki École Politexnikini mühəndislik ixtisası ilə bitirib. 1971-ci ildə atasının Ferret-Savinel inşaat firmasını nəzarətə götürdü. Səkkiz il sonra şirkətin adını Férinel Inc. olaraq dəyişdirdi və fokusunu daşınmaz əmlaka çevirdi. Bernard Arnault Fransız bankı Lazard Frères and Co-nun idarəedici ortağı Antoine Bernheim ilə birlikdə Christian Dior moda evinə sahib iflas etməkdə olan tektsil şirkəti Boussac Saint -Frères-in alınması üçün lazım olan 80 milyon dolları topladı.
Daha sonra, 1987-ci ildə Arnault, şirkətin sədri Henri Racamier tərəfindən LVMH-ə investisiya qoymağa dəvət edildi. 1990-cı ildən aşlayaraq Arnault bir çox modda şirkətini LVHM-də birləşdirməyə başladı: Christian Lacroix, Givenchy və Kenzo; dəri məmulatları istehsal edən şirkətlər Loewe, Céline və Berluti; zərgər Fred Joailler; DFS qrupu (dünyanın ən Duty Free zənciri); və gözəllik sahəsindəki Sephora.
Növbəti 11 il ərzində LVMH-nin dəyəri 15 qat və satış və mənfəəti isə 5 qat artdı. Şirkətin müvəffəqiyyətinin əsas amillərindən biri Arnault-un hər bir brendin irsini vurğulamaq üçün göstərdiyi səylərdir, beləliklə hər bir şirkət öz müstəqilliyi və xüsusiyyətləri ilə tanınırdı.
2007-ci ildə Arnault Fransanın ən yüksək ordeni Fəxri Legion Komandiri adın layiq görüldü. Eyni il, Time jurnalının illik Time 100 sayında dünyanın ən nüfuzlu 100 adamından biri kimi yer aldı.
Arnault iki dəfə ailə həyatı qurub və beş övladı var, onlardan dördü - Dephine, Antuan, Alexandre və Frédéric – bu biznesdə fəaliyyət göstərirlər. LVMH ailə şirkəti kimi fəaliyyət göstərir. Forbes-ə görə, o, Avropada ən varlı və dünyada üçüncü varlı adamdır.
Michael Bloomberg
14 fevral 1942-ci ildə Bostonda anadan olan Bloomberg, Massachusetts, Medford-daki orta sinif bir ailədə böyüyüb. Uğur qazanmaq istəyi, iş sevgisi və xidmət həvəsi gənc yaşlarından başlayıb. 12 yaşında ikən tarixin ən gənc Qartal Skautlarından (Qartal Skautları) biri olur. Johns Hopkins Universitetində təhsilini ödəməyə kömək etmək üçün bir dayanacaqda işləyir və dövlətdən borclar alır. Kollecdən sonra Harvard Business School-da oxuyur və 1966-cı ildəki maliyyə şirkəti olan Salomon Brothers tərəfdən inkişaf etdirildi və 15 il ərzində tərəfdaşlığına çatdı. Salomon 1981-ci ildəki başqa bir şirkət tərədindən alındıqda Bloomberg işsiz qalır. İnformasiya texnologiyası maliyyə sahəsindəki alqı-satqıya şəffaflıq və istehsalat gətirəcək ideyası ilə o, bir otaqlı kiçik bir başlanğıcın əsasını qoyur və bu gün Bloomberg LP, dünyanın 120 ölkəsində 176 yer 20.000 nəfərə yaxın işçisi olan qlobal bir şirkətdir.
Michael Bloomberg, Emma və Georgina adlı iki qız atasıdır. 2019-cu ilin noyabrında prezident seçkilərində iştirak edəcəyini açıqladı (lakin 2020-ci ilin martında imtina etdi) və 2020-ci ildə Donald Trump-ı məğlub etmək üçün yüz milyonlarla pul xərcləyib.
Bu günə qədər Mike müxtəlif təşkilatlara 9,5 milyard dollar bağışlayıb. 2019-cu ildə Bloomberg Xeyriyyəçilər təşkilatı 3,3 milyard dollar paylayıb.
Michael Bloomberg-in hazırkı xalis sərvəti 54.9 milyard dollardır və Forbes-ə, əsasən, dünyanın ən zəngin insanları içində 14-cü yerdədir.
Müəllif: Leyla Kərimova




