Getdikcə daha çox şirkət əhatə dairəsini artırmaq və auditoriyasını böyütmək üçün sosial mediaya bağlı olduğundan düzgün strategiyanın seçilməsi vacibdir. Siz sadecə istədiyiniz zaman daxil olub, istədiyiniz hər hansı bir postu paylaşa bilməzsiniz.
Auditoriyanızın kimlərdən ibarət olduğunu və onlara düzgün şəkildə necə satılacağını anlamalısınız.
Sosial medianın işinizə fayda gətirməsinin bir neçə səbəbi:
- Marka məlumatlılığını inkişaf etdirmək üçün əla bir yoldur;
- Auditoriyanızla əlaqə qura və onlarla onlayn söhbətlərə başlaya bilərsiniz;
- Sosial media ideal müştəriniz haqqında daha çox məlumat əldə etməyə kömək edə bilər;
- Məqsədlərə çatmaq üçün sərfəli yoldur;
- Məhsulunuzu daha rahat bir şəkildə bazara çıxara bilərsiniz.
Sosial medianın vacibliyini başa düşdükdən sonra, vaxtınızdan ən yaxşı şəkildə istifadə edəcək və uzun müddətdə şirkətinizə daha çox pul qazanmağa kömək edəcək müxtəlif strategiyaları araşdırmağa başlaya bilərsiniz.
Marketinqinizlə diqqətli olun
Data şirkəti Statistaya, əsasən, 18-24 yaş qrupu Instagram-dakı istifadəçi bazasına görə ən böyük demoqrafik qrupdur. Z nəsil sizin hədəf auditoriyanız olacaq, ona görə də keçmiş marketinq metodlarının onlarla işləməyəcəyini başa düşməyiniz önəmlidir.
Z nəslinin 69%-i onlayn reklamları pozucu hesab etdiklərini, buna görə məqsədiniz müştəriləri narahat etməyən marketinq üsullarına yönəlmək olmalıdır. Buna ən yaxşı nümunələrdən biri, Apple-ın Instagram-da iPhone istifadə edərək çəkilən şəkilləri yerləşdirdiyi ‘Shot on an iPhone’ kampaniyasıdır:
Bu sadə strategiya Apple-a iPhone-da çəkilən şəkillərdən istifadə edərək izləyiciləri ilə münasibət qurmağa imkan verir və eyni zamanda digərlərindən daha az büdcəli marketinq üsuludur.
Micro-influencer marketinqinə yatırım edin
Bu növ marketinqə yatırım etməkdən qorxmayın. Bu, markanızı Instagram-da böyütmək üçün əlverişli və qeyri-adi bir yoldur. Bunu edən şirkətlərdən biri GymSharkdır. Gymshark, Ben Francis tərəfindən 19 yaşındaykən quruldu və populyar bir e-ticarət fitness markası halına gəldi. Markanın müvəffəqiyyəti, əsasən micro-influencer marketinqinə verdiyi diqqət sayəsindədir. Əsasən Gymsharkın etdiyi şey, Instagram-dakı böyük izləyiciyə sahib fitness influencerlərinə marka ilə ortaq olmaqda maraqlı olub-olmadığını soruşmaqdır. Bu influencerlər daha sonra GymShark üçün sponsorlu postlar yaradacaqlar hansı ki, şirkətə yeni auditoriyaya çatmağa kömək edəcək.
Bu marketinq strategiyası çox yaxşı işləyir, çünki sizin üçün ağır bir artım olmadan ideal auditoriyanıza çatır.
Bir Facebook reklamında siz inanmalısınız ki, alqoritm reklamınızı lazımi insanların qarşısına çıxaracaq. Lakin İnfluencer Marketing sizin düzgün insanlara çatmağınıza əminlik verir. GymShark məsələsində bu, fitness ilə maraqlanan insanlar deməkdir.
Bu strategiya ilə əlaqəli digər bir böyük məqam da onun izləyicini o qədər də bezdirməməsidir. Onsuz da həmin influencerlərin nə etdiklərini, nə geyindiklərini bilmək istəyən izləyicilər sizin məhsulunuzu bu postlarda səmimi şəkildə nümayiş etdirildiyini görəcəklər.
Instagram alətlərindən istifadə edin
Instagram platformanızı böyütməyin yaxşı bir yolu, baş verənlərin daha çox 'pərdə arxasını' təmin edəcək vasitələrdən istifadə etməkdir. Alətlər analitiklərinizə və keçmiş paylaşımlarınıza diqqət yetirməyə kömək edə bilər. Beləliklə, brendiniz üçün nəyin necə işlədiyini və hansı postların sizin üçün yaxşı olduğunu anlaya biləcəksiniz. Planlama, lazımi insanları izləmək, strategiya yaratmaq, şəkilləri redaktə etmək və s. üçün vasitələrdən də istifadə edə bilərsiniz.
Owlmetrics: Dataya baxmaq həmişə sizin üçün nəyin işlədiyini və nəyi daha yaxşı edə biləcəyinizi anlamaq üçün yaxşı bir yoldur. Owlmetrics, tarix, təqibçi coğrafi bölgüsü və izləyici, cinsi kimi real-time analitiklərini göstərir.
Brand Mentions: BrandMentions, markanızı və rəqiblərinizi Instagram, Facebook və Twitter kimi bir çox sosial media platformasında nəzarətdə saxlamağınıza imkan verən bir sosial media platformasıdır.
Zyro: Pulsuz loqo proqramı Zyro, Instagram-da yerləşdirdiyiniz hər bir şəkilin altından istifadə edə biləcəyiniz və hətta istəsəniz profil şəkliniz üçün istifadə edə biləcəyiniz loqo yaratmağın yaxşı bir yoludur. Zyro 100% pulsuzdur və bir çox şablonları mövcuddur.
Instagram-ın kontentinizi yüksəltməsinə icazə verin
Instagram strategiyanızın son məqsədi çoxkanallı yanaşmaya diqqət yetirmək olmalıdır.
Məsələn, bloqunuz üçün yazılı məzmun yaratmısınız və ya podcastınız üçün bir epizod yazmısınızsa, bundan digər kanallarda (slaydlar, IGTV videoları və s.) istifadə edə biləcəyiniz mikro parçalar yaratmaq üçün istifadə edə bilərsiniz. Onsuz da mövcud olan məzmundan daha çox istifadə edin. Gücləndirici kimi IG istifadə edin.
IGTV-dən istifadə edin
IGTV, Instagram-da reklamsız daha uzun videolar yerləşdirməyə imkan verən nisbətən yeni bir xüsusiyyətdir. Həm də yeni bir xüsusiyyət olduğu üçün Instagram, lentdəki IGTV məzmununu daha çox göstərir. Instagram-ınızda bir IGTV kanalı yaratmaq, Instagram-a bağlı mini bir YouTube hesabına sahib olmaq kimidir. IGTV, xüsusən bir mövzu ətrafında mərkəzləşdirilə bilən daha epizodik məzmun yaratmağınıza imkan verir. Bu, izləyiciləriniz üçün həqiqətən cəlbedici ola bilər.
Giveaway və müsabiqələr təşkil etməklə iştirakı artırın
Auditoriyanızı markanızla əlaqələndirməyin ən yaxşı yolu, hədiyyələr və yarışmalar təşkil etməkdir. Bu, daha sərfəli Instagram marketinq strategiyalarından biridir və tətbiqi olduqca asandır.
Bunu bir neçə addımı izləməklə edə bilərsiniz:
- Son hədəfinizi müəyyənləşdirin: Nəticədə nə istəyirsiniz? Daha çox marka məlumatlılığı, daha çox follower, yoxsa daha çox bəyənmə?;
- Giveaway hədiyyəsinin nə olacağına qərar verin;
- Elan etmək üçün möhtəşəm bir post hazırlayın və hashtaglərdən istifadə edin;
- Giveaway-i necə reklam edəcəyinizi müəyyən edin. Bu, reklam üçün pul ödəmək, influencer marketinqə investisiya etmək və ya məlumat yaymaq üçün öz auditoriyanıza güvənmək ola bilər;
- Giveaway müddətinin uzunluğuna qərar verin. Bir vaxt məhdudiyyəti təyin etməlisiniz. Giveaway-inizin bir neçə gün, yoxsa bir neçə ay davam etməsini istəyirsiniz? Qalibləri nə vaxt elan edəcəksiniz?;
- Giveaway-i başladın və təbliğ edin.
Giveaway yalnız markanızı böyütmək üçün deyil, həm də auditoriya haqqında daha çox məlumat əldə etmək üçün əla bir yol ola bilər. Xüsusilə yeni markalar bu strategiya ilə böyük uğurlar əldə edirlər.
İstifadəçi tərəfindən yaradılan kontenti paylaşın
Bir çox marka, istifadəçilərin yaradılış prosesində iştirak etməsinə çalışmaq əvəzinə yalnız öz kontentlərini yaratmağa fokuslanmaqla səhv edirlər. Əsas diqqət istifadəçilərin sizin kimi markanızı sevmələrinə yönəldilməlidir.
Geyim markası olan Aerie bunun üçün mükəmməl bir iş görür. Həmişə onların geyimlərini geyinən qadın istifadəçilər tərəfindən yaradılmış kontentlərdən istifadə edirlər.
Nəzərə almalı olduğunuz bir neçə vasitə:
Grum: Auditoriyanıza peşəkar görünmək istəyirsinizsə, post cədvəlinə sahib olmaq vacibdir. Heç bir strategiya olmadan təsadüfi şəkildə hər hansı postu paylaşa bilməzsiniz. Grum, yazılarınızı əvvəlcədən planlaşdırmağınıza kömək edir, belə ki, bütün sosial media işlərini bir gündə edə bilərsiniz.
Belə işlər auditoriyanızın markanızla daha çox əlaqələndirilməsinə kömək edir, çünki onlar kimi insanların sizin markanı istifadə etdiyini və onu sevdiyini görürlər. Markanızı sevən birisi tərəfindən çəkilmiş bir şəkil paylaşsanız, çox güman ki, onlar məhsullarınıza daha çox həvəs göstərəcəklər. Səhifənizdə paylaşılmaq istəyən insanların paltarlarınızı/məhsullarınızı istifadə edərək şəkillər yayma ehtimalı daha yüksəkdir.
Kiçik biznesiniz üçün sosial media strategiyası yaratmaq rəqəmsal marketinq səylərinizin əsas hissələrindən biridir.
Strategiyanızın hədəflərinizlə və işinizlə uyğun olmağı vacibdir.
Mənbə: socialmediaweek.org
Müəllif: Leyla Kərimova



