Roma dövrünə aid bir İtalyan şəhəri olan Albanın kənarında olduqca müasir bir qala dayanır. 10 metrlik beton divarların, polad qapıların və forma geyən qoruyucuların arxasında nüvə silahı və ya ordu bazası deyil, şokolad fabriki dayanır. Bura Nutella, Tic Tac, Mon Chéri və Kinder istehsalçısı Ferrero-nun əsas fabrikidir.


İçəridə xaki paltarlı işçilər hərbi dəqiqliklə şirniyyat istehsal edən yüzlərlə robota nəzarət edirlər. İçi kremlə doldurulmuş minlərlə Kinder bar konveyerləri daşıyır. Yüksək dəqiqlikli kameralar çatışmazlıqları axtarır. Firmanın 53 yaşlı sədri Giovanni Ferrero, Amerika mətbuatı ilə ilk görüşündə “Hər şeyi ciddiyətlə və həddindən artıq səriştə ilə edirik”, - demişdi.


Bu intizam bir imperiya yaratdı. Ferrero, keçən il 12,5 milyard dollar dəyərində şirniyyat satdı və markanın ümumilikdə təqribən 31 milyard dollar dəyərində olduğunu, bunun da 21 milyardı dünyanın 47-ci varlısı olan Giovanniyə məxsus olduğunu bildirdi. Onların uğurları nəsillər boyu davam etdi. 1946-cı ildə Giovanninin babası Pietro tərəfindən müharibənin dağıtdığı İtaliyada qurulan bu iş az borcla və heç bir satınalma olmadan, on illərlə yavaş-yavaş böyüyərək genişləndi.


Ancaq bir ömür boyu qardaşı və atası ilə birgə çalışdıqdan sonra, Giovanni birdən sükan arxasında tək qaldı. Ferreronu ilə 14 il çalışan Pietro adlı qardaşı, 2011-ci ildə 47 yaşında ürək tutmasından öldü. Üç il əvvəl atası Michele də ölmüşdü. Giovanni tək başına qaldı. Uzun müddət Ferreronun icraçısı olan Lapo Civilettini CEO olaraq təyin etdi.



İndi o, Ferreronun yüksəlişinə səbəb olan əsas amildən üz döndərir: öz markalarına diqqət. Bunun əvəzinə, Giovanni satınalmalar yolu ilə daha yüksək gəlirlər əldə etməyə çalışır. M & Ms və Snickers istehsalçısı Mars (2017 qənnadı satışları: 23,7 milyard dollar) və Oreo və Tobleroneya sahib olan Mondelez (23 milyard dollar) kimi daha böyük rəqiblərlə rəqabət aparmaq üçün mövcud məhsulların uzun müddət kifayət etməyəcəyini bilir. Beləliklə, 2015-ci ildə ingilis şokaladçısı Thorntonsu 170 milyon dollara satın aldı. Bu Ferreronun indiyədək ilk marka alışı idi. Ən böyük alışı Mart ayında, Nestlé-nin ABŞ-dakı şirniyyat biznesini 2,8 milyard dollar nağd pulla aldığı vaxt oldu. Butterfinger və BabyRuth kimi Amerika ikonları indi Giovanninin mülkiyyətidir.


Bu gün Ferreronun əsas mərkəzi Lüksemburqdadır. Vergilərin sayəsində kiçik ştat qlobal müəssisələrin səs-küylü mərkəzinə çevrilib. Bu yuxulu Albadakı həyatla tamamilə təzad təşkil edir. İndi Ferrero çox dəyişib. Mülkiyyətinə görə hələ də texniki cəhətdən bir ailə şirkətidir. Yenə də Giovanninin dünyaya səpələnmiş 25 fabriki var və onları genişləndirilməyə çalışır. “Böyümək məcburiyyətində olduğumuzu hiss edirəm”, - o deyir.


O, xarakterinə uyğun tərzdə belə deyir: “7,33 dövriyyəli bir böyümə alqoritminə aşiqik, çünki təbii və ya qeyri-təbii olaraq, bu şirkəti on il müddətinə iki qat böyüdəcəkdir”.


Tərcümə: Giovannnin planı on ildə dövriyyəni iki qat artırmaq üçün gəlirləri ildə ən azı 7,33% artırmaqdır. Ferreronun yerli məhsul satışları çox güman ki, bu qədər genişlənə bilmədi, buna görə Giovanni kompensasiya etmək üçün satınalmalar həyata keçirir.


Məsələn, 2015-ci ildə Thorntonsun satın alınması. Həmin vaxtda ingilis şokolad biznesi tənəzzül dövrünü yaşayan bir biznes olaraq görülürdü. Ancaq Giovanni açıq-aydın orada dəyər gördü. Ardından ABŞ konfet istehsalçıları Fannie May (2017-ci ilin may ayında 115 milyon dollar) və Red Hots və Trolli saqqızlarının istehsalçısı Ferraranı (dekabrda təxminən 1,3 milyard dollar) satın aldı. Nəhayət, Crunch, Raisinets və LaffyTaffy etiketləri də daxil olmaqla Nestlé anlaşması 2,8 milyard dollara başa gəldi. Bu taleyin ironik bir badalağı idi. İki il əvvəl, Michelenin ölümündən sonra, Nestlénin Ferreronu ala biləcəyi barədə şayiələr yayılmışdı, Ferrero bunu rədd etmişdi.



Hədəfi sadəcə miqyasdırsa, Giovanni buna nail olur. Nestlé-nin satın alınmasından sonra Ferrero Euromonitorun məlumatlarına görə dünyanın üçüncü ən böyük qənnadı şirkəti oldu. Və satın almağı bitirməyib. Giovanninin nəzəriyyəsi budur ki, pivə bazarında olduğu kimi, bir neçə əsas oyunçu qənnadı ticarətində üstünlük təşkil edəcəkdir. Qalan hissəsi isə asılı vəziyyətə düşəcək.


Bəzi kənar adamlar onun planına şübhə ilə yanaşır. Onların təndiq səbəbi budur ki, yenilikçi addımlar ataraq böyüməyə təkan verən atasından fərqli olaraq, Giovanni yalnız miqyası genişləndirərək satınalma həyata keçirir. Və istehlakçılarda daha yüksək səviyyəli şirniyyatlara və daha sağlam qidalara maraq yarandığını görən kimi Ferrero Şimali Amerika bazarına girir. Berenberg Bankının analitiki Fintan Ryan Nestlé-nin keçmiş məhsullarına İsveçrə firması tərəfindən “TLC” verilmədiyini qeyd edərək onları “kütləvi yayılmış, yüksək miqdarda şəkərli, sağlam olmayan qənnadı məmulatları”, - adlandırır. “Nestlé ildən-ilə bazar payını itirən zəif biznes idi, Ferreo bəzi şübhəli satınalmalar etdi”. O, deyir.



Ferreronun maliyyə potensialı əsas rəqibləri ilə uyğun gəlirsə, çox güman ki, ildə 1 milyard dollardan çox mənfəət götürür. Davam edən xərcləmələrdə belə, çox borc götürməyib.


Və başqa məsələlər də var. Ferrero keçən il ABŞ-da populyar Kinder Joy yumurtalarını istehsal etdi. Boğulma təhlükəsi olaraq bu yumurtaları qadağan edilmişdilər, çünki şokolad qabıqlarında gizli plastik oyuncaq var idi. Dəyişikliklərdən sonra məhsul FDA-nın xeyir-duasını aldı və “artıq gözləniləndən daha yaxşı performansımız var”, - Giovanni dedi. Ferrero Tic Tac saqqızı kimi, əsasən mövcud xətlərin törəmələri olan digər yeni məhsulları təqdim etdi.


Şirkət, fındıq biznesində də öz yerini möhkəmlədib. Bir neçə il əvvəl dünyanın ən böyük iki fındıq alverçisi olan Türkiyədəki Oltan Qrupu və italyan Stelliferi Qrupunu satın aldı və il ərzində məhsuldarlığı və mövcudluğu artırmaq üçün Avstraliya, Balkanlar və Cənubi Amerikadakı əkin sahələrinə investisiya yatırdı. Planetin fındıqlarının təxminən üçdə birini alan Ferrero hazırda dünyanın ən böyük fındıq tədarükçüsüdür.


Bu statistika şirkətin dəyişən miqyasını vurğulayır. Yalnız üç nəsildə Pietronun kiçik mağazası 160-dan çox ölkədə mal satan, 40 000 nəfər işçisi olan və ildə 365 000 ton Nutella istehsal edən bir nəhəng halına gəldi. Giovanni bütün bunlara belə rəy bildirir: “Ümidverici başlanğıcdır”.


Mənbə: Forbes


Müəllif: Humay Hüseynli