Kosmetika brendi Avon özünün imicini yenilədi. Rebrendinq özündə mövqelənməni, arkitektur və identifikasiyanı əhatə edir.
Facemark.az xəbər verir ki, hazırda Avon-un loqotipi daha ağır görünür, ancaq üzərindəki xətlər isə brendin qadınlara dəstək missiyasını ehtiva edir.
İkincisi, isə yeni loqotip daha çox insana yaxın və assimetrik oldu.
Dizaynerlər çalışırdılar ki, yenilik kompüter qrafikası ilə yaradılmış təəssüratı yaratmasın. A, V, N hərfləri hara qoyulmasından asılı olmayaraq, markanı tanınan edir. Loqotipin yaradıcıları bildirirlər ki, qradientdə siz qadın üzünün konturlarını – yanaq sümüklərini, qaşlarını, çənəsini görə bilərsiniz. Loqotipdəki bəzi əyri xəttlər isə Avon-un ilk 1930-cu ildəki loqotipini xatırladır. Rəng də, eyni zamanda 130 illik tarixə malik olan markanın transformasiyasını nümayiş etdirir.
Avon-un qlobal kreativ lideri Ceyms Çittenden-in sözlərinə görə, əvəlki loqotip 1980-ci illəri xatırladırdı və hazırki aktivizm dövrünə uyğun gəlmirdi. Kompaniyanın yeni obrazının yaradılmasında brendinq agentliyi Bloom ilə birgə əməkdaşlıq edilib. Komandanın qarşısında isə belə bir tapşırıq var idi ki, onlar brendi modernləşdirməli, sadiq müştərilərini özündən uzaqlaşdırmamalı, yenisini cəlb etməli və köhnəsini geri qaytarmalı idi. Çittenden deyib ki, loqotipin şriftini hazırlanması isə qadın məşğul olub. Ümumilikdə isə, kompaniya dörd variantı sınaqdan çıxarıb.
Yeni loqotipin yaradılmasında Avon-un əsas hədəflərindən biri yeni auditoriyanın cəlb edilməsi idi. Ona görə də, yeni kimlik istehlakçıların diqqətini çəkməyə və fikirləşməyə onları sövq etmək məqsədi daşıyır. Onlar brendə baxmalı və düşünməlidirlər ki, bu məşhur brend haqqında nə bilirlər? Bəlkə, heç bu günə qədər onu yüksək qiymətləndirməyiblər?
Onlar bu mesajı isə 70 bazarda başlatdıqları Watch Me Now kampaniyası ilə çatdırıblar. Kreativ ideyanın üzərində isə Wunderman Thompson agentliyi iştirak edib.
Avon, həmişə sosial və xeyriyyə layihələrinə pul ayırır və həmişə xatırladır ki, bir qadının maliyyə azadlığı onun həyatı üçün nə qədər önəmlidir. Həmçinin marka yüzlərlə patent və mükafat əldə etməsi ilə bağlı bir çoxlarının bilmədiyi detallar haqqında kampaniyasında bəhs edir.
Markanın yeni və köhnə loqotipi
