Bir insanın özü və başqaları ilə dəyərli münasibətlər qurmağı üçün şəxsi sərhədlərə ehtiyacı var.


Tez-tez başqalarını xoşuna gəlmək üçün nələrsə edirsinizsə, bu o deməkdir ki, şəxsi sərhədlərinizin qorunmasında çətinlik çəkirsiniz. Bu yazımızda başqalarına necə YOX! deməyi və onların sizi manipulyasiya etməmələrinə kömək olacaq 5 fraza haqqında danışacağıq.


Təyyarədə səyahət səlahiyyətləri sərnişinlərə uçuşa başlamamışdan öncə, baş verə biləcək hər-hansı fövqəladə vəziyyətlə bağlı olaraq öncədən oksigen maskalarını taxmağı tövsiyə edir və əlavə edir ki, yalnız bu prosedurdan sonra başqalarına da kömək edə bilərsiniz. Bu real vəziyyəti nümunə götürərək, onu deyə bilərik ki, birinci növbədə öz qayğınıza, daha sonra isə başqalarının qayğısına qalmalısınız.


Şəxsi sərhədlər – Başqalarının bizimlə əlaqəli olaraq etməyinə icazə verdiyimiz və vermədiyimiz hallardır. Pxisoterapevt Cenni Miller özünün “Şəxsi sərhədlər” adlı kitabında şəxsi sərhədlərin yaradılması və onun qorunmasından danışır. Məsələn, o deyir ki, bir insanın özü və başqaları ilə dəyərli münasibətlər qurmağı üçün şəxsi sərhədlərə ehtiyacı var.


O, deyir: “Sərhədləri yaxşı vəziyyətdə saxlamaq üçün onun dəri kimi qayğıya ehtiyacı var. Qərarlar verən zaman daha qətiyyətli olsanız və özünüzə bir o qədər qayğı göstərsəniz sərhədləriniz o qədər sağlam olacaq”.


1. Bağışlayın, mən bunu edə bilmərəm!


Biri sizdən kömək istəyirsə, düşünün ki, doğrudanmı ona kömək edə biləcəksiniz. Buna gücünüz və ən əsası istəyiniz varmı? Lakonik və aqressiya olmadan birbaşa qərar şəxsi sərhədlərinizin qorumağın ən yaxşı yoludur. Əgər etmək istəmirsinizsə, bəhanə olmadan birbaşa sözünüzü deyin. Bu halda yalan vədlər verməyə ehtiyac yoxdur, məsələn, vaxtım olan kimi edəcəyəm, etməyə çalışacağam və s. Beləliklə, həmin insana konkret bir cavab vermirsiniz, o isə sizin köməyinizə ümid edə bilər. Cenni Miller sosial mediada dostlarınız ilə danışan zaman Bağışlayın, mən bunu edə bilmərəm! ifadəsindən istifadə etməyinizi tövsiyə edir. Bu cümlə bu işi icra etməyəcəyinizə dair yetərli bir cümlə olacaq. Əgər məktuba daha çox təfərrüat əlavə etsəniz, sizin imtinanız onların arasında itə bilər.


2. Bu mənə xoş deyil!


Əgər bir insan sözləri və hərəkərləri ilə sizin xoşunuza gəlmirsə, bunu ona deyin. Əks halda o narahatlığınıza səbəb olacaq halı haradan biləcək? Hislərin sözlərlə ifadə edilməsi şəxsi sərhədlərinizin qorunmasında mühüm rol oynayır. Əgər qarşınızdakı insan şəxsi hərəkətəri ilə sizi əsəbləşdirir və incidirsə, bunu ona düzgün və kobud olmayan bir şəkildə izah edin.


Psixoloq Evgeniya Streleçkaya düşüncənizi aşağıdakı sxem üzrə qurmağı məsləhət görür.


1. Xoşlanmadığınız bir halı adlandırın. Bu həmin şəxsin sözləri və ya hərəkətləri ola bilər.


2. Bu hadisədən sonra, onun sizdə hansı duyğular yaratdığını ortaya çıxarın, bu qəzəb, inciklik və s. ola bilər. Bunu ona izah edin.


3. Məsələn, valideyninizin otağınızın qapısını döymədən içəri daxil olmağı sizə xoş deyilsə, bu haqda onlara deyin.


4. Birinci halda sadəcə xahiş edin.


3. Özümü bəyənirəm, mənə nəyin uyğun olduğunu daha yaxşı bilirəm!


Görünüşünüz, eyni zamanda şəxsi sərhədlərinizdir. Məsələn, ailənizdən kimsə, dost-tanışlarınız sizə qısa saçın daha uyğun olacağını və ya filan köynəyin üzərinizdə daha yaxşı qaldığını deyirsə, bu da şəxsi sərhədlərin pozulması deməkdir. Başqalarına sizin necə görünməyinizə dair qərar verməsinə icazə verməyin. Görünüşünüzün sizə özəl olduğunu və nəyin sizə uyğun olub-olmadığına özünüzün qərar verməli olduğunuzu onlara izah edin. Sizi tənqid edən şəxsin sözlərinin uyğunsuz olduğunu və şəxsi sərhədlərinizi pozduğunu açıq şəkildə deyin.


Cenni Miller deyir ki, unutmayın ki, şəxsi sərhədlərinizin müdafiəsi, bu dissertasiya müdafiəsi (çox açıqlayıcı izahatlar və illüstrasiya nümunələri göstərməyinizə ehtiyac yoxdur) deyil. Sadəcə istəklərinizi söyləmək kifayətdir.


4. Məndən nə istəyirsən?


Bəzən elə bir hal olur ki, qarşıdakı şəxs hər zaman nə qədər çətin bir həyat yaşadığından, işlərinin ağır olduğundan şikayət edir. Əvvəlcə, biz onları dinəyirik və kömək olmağa çalışırıq. Ancaq sonra onların şikayətləri bizi yorur və uzaqlaşmağa başlayırıq. Bəs bu halda, şəxsi sərhədlərimizi necə qoruya bilərik? Birbaşa soruşun ki, məndən nə istəyirsən? Bu konstruktiv bir dioloqa başlamağınıza kömək olacaq. Bir şəxsin bu suala cavab verməyi zaman ala bilər, ona görə də bu vəziyyətdə tələsməyin.


5. YOX!


Ən bəsit, amma duyğusal olaraq ən çətin cavabdır. Narahat bir situasiya yaratmaq və qarşındakını incitmək istəməzsiniz. Nəticədə, istəmədiklərinizi etməyə, başqalarının gözündə yaxşı qalmağa razı olursunuz, ancaq özünüzə diqqət etmirsiniz. Hər kəsin xoşuna gəlməyə və hər kəs üçün rahat olmadığınızı bilməlisiniz. İlk növbədə öz rahatlığınızı düşünməlisiniz. Əgər sizin YOX! cavabınızdan sonra, qarşındakı sizə təzyiq göstərir və manipulyasiya etməyə çalışırsa, bu halda psixoloqun da dediyi kimi YOX! sözünü bir neçə dəfə təkrarlaya bilərsiniz.


Cenni isə bu məsələdə yenə də birbaşa olmağı məsləhət görür. Məsələn, açıq-aşkar deyə bilərsiniz ki, görünür siz məni bu məsələdə manipulyasiya etmək istəyirsiniz. Mənə təzyiq göstərməyin və s.