Facemark.az xəbər verir ki, onun Instagram hesabı üzəridən paylaşdığı yeni kolleksiya Hypebeast nəşrinin diqqətini cəlb edib.
Xüsusilə modelyer Stüssy və Nike Air Zoom Spiridon Cage 2 məhsullarının birləşməsindən ilham alaraq qadınlar üçün bej rəngdə ayaqqabı (tufli) hazırlayıb.
Kolleksiyaya, həmçinin Fransız moda evi Dior-un məhsuluna bənzəyən qara çanta da əlavə edilib. Nike Air Force 1 Low stilində ayaqqabı da bu kolleksiyaya daxil olub. Kolleksiyaya daxil olan yeni məhsullar arasında, Nike-ın loqosu olan kostyum olub, onun önü isə miniatur düymələr ilə bəzədilib və dəri lofer ayaqqabı və eyni stildə olan günəş eynəyi də bura daxildir.
Dizaynerin yeni işi barəsində isə Instagram sosial şəbəkəsində istifadəçilərin fikirləri ikiyə bölünüb. Bir qrup istifadəçi yeni kolleksiya ilə bağlı çox təsirləndiyini yazıb. “Möhtəşəm görünür”, “Məktəbdən məzun olduğum zaman bu loferlər harada idi”, “Bu məhsullara ehtiyacım var”, “Gələcək çoxdan gəldi artıq, şübhəsiz ki əladır”.
Ancaq digərləri isə Perellanın konseptini bəyənməyib və onun işini tənqid atəşinə tutublar. “Axmaqlıqdan başqa bir şey deyil”, “Dəhşətli dərəcədə pisdir” və s. Hətta onun işini təhqir edənlər də olub.
Oktyabrın əvvəlində isə idman markası Nike yeni velosiped ayaqqabısının hazırlandığını elan etmişdi. Söhbət Drifter Gator ISPA krossovkalarından gedir, onun neon başlığı olub bu isə idmançıları qar, yağış, palçıqdan qorumaq üçün nəzərdə tutulmuşdu.
Həmin idman ayaqqabısı isə bu idi:







