Dünyanın ən məşhur idman loqotipi haqqında əfsanələri xatırlayın.
1. Swoosh (svuş) sadəcə 35 dollara boyandı
Nike-ın loqotipi Portland Dövlət Universitetinin qrafik dizayn fakültəsinin tələbəsi Karolin Davidson tərəfindən hazırlanıb. 1971-ci ildə Phil Knight-a təcili olaraq loqotip lazım idi, ona görə də Davidson ilə razılığa gəlir və ondan qısa bir zamanda tanınan, sadə, eləcə də qələbə tanrıçası Nika ilə assosiasiya olunan bir rəsm çəkməsini istəyir.
2. Swoosh loqotipi uzun zaman ərzində qırmızı olub
Uzun bir müddət ərzində Nike öz loqotipində ağ və qırmızı rəng paletindən istifadə edib. Bu cür rəng sxemindən istifadə etməsinin səbəbi kimi şirkət göstərirdi ki, qırmızı rəng enerji, ehtiras və sevinci ifadə edir. Ağ rəng isə nəcibliyi və saflığı ehtiva edirdi. Kompaniya daha sonra Swoosh-un rəngini daha aktual və zövqlü etmək üçün onda dəyişikliyə getdi.
3. Birinci Swoosh-lar Nike krossovkalarının üzərində əks edilmirdi
Nike-ın loqotipi haqqında danışdıqda, ilk ağla gələn bu firmanın krossovkaları olur. Amma maraqlısı budur ki, swoosh-lar heç də ilk dəfə krossovkaların üzərində əks edilməyib. Əslində loqo ilk dəfə 1971-ci ildə futbol butslarının üzərində görünüb, daha sonra isə digər idman geyimlərinin üzərində əks edilmişdi.
4. Nike Adidas-dan ilhamlandı
Peşəkar dizaynerlər müştərinin loqotipini hazırlamamışdan öncə onun rəqiblərinə baxırlar. Bunun əsas səbəbi isə odur ki, loqotiplər şirkəti rəqabətdə fərqləndirən korporativ kimliyidir. Davidson yaxşı bilirdi ki, Nike idman ayaqqabı bazarında rəqabət etmək üçün Adidası rəqib kimi görür. Almaniyanın markası olan Adidas-da müəyyən bir bucaq altında yerləşdirilən 3 xətt var idi. Enerji və hərəkəti simvollaşdıran bir bucaq fikri onun çox xoşuna gəldi. Ancaq o 3 ayrı xətt əvəzinə, onları birləşdirdi və ona bir qalın forma verdi. Bu loqotipə daha hamar həndəsə fiquruna əsaslanaraq daha çox enerji və hərəkət verirdi.
5. Swoosh 17 saat ərzində hazırlanıb
Karolin loqotipin hazırlanmasına 17 saat vaxt sərf edib. Ona görə ən çətin məsələ o idi ki, loqotip idman ayaqqabılarının vizualına tam uyğun gəlməli idi və diqqət çəkici olmalı idi.
6. Dizayn bir neçə dəfə rədd edildi
Bizim hazırda heyran olduğumuz loqotipi, bəlkə də az adam bilir, amma Phil Knight heç də bəyənməmişdi. O, Karolindən bütün eskiz və çəkimlərini görmək istəyirdi. O, uzun bir müddətə Phili loqotipin məhz onun axtardığı olduğu məsələsində inandırmağa çalışıb.
7. Loqotip dizaynına görə, ən yüksək mükafatı alıb
Bir növ deyə bilərik ki, Karolin dünyanın ən yüksək ödənişli loqotip dizayneri hesab edilə bilər. O, bir layihə üçün 35 dollar aldı, ancaq Phil heç də dayanmırdı. Daha sonra o şirkətin 500 səhmini dizaynerə bağışlayır. Bu isə həmin dövrün pulu ilə 18 000 dollar edir. Daha sonra isə onun şirkətdəki səhmi 8000-ə yüksəlir, nəticədə şirkətdəki payı yarım milyon dollarlıq olur. Həmçinin Phil ona onun swoosh-unu xatırladan bir brilyant üzük də hədiyyə edib.






