ABŞ-ın hazırki prezidenti Donald Tramp seçkilərdə Joe Biden-ə uduzur, amma son hesablama hələ ki bitməyib.
Facemark.az xəbər verir ki, RBK nəşri Amerikanın tarixində ən qeyri-adi lider kimi xatırlanacaq Donald Trampın tərcüməyi-halından maraqlı olan faktları toplayıb.
Altı dəfə iflas edib
Donald Trampa məxsus olan şirkətlər dəfələrlə iflas olunduqlarını elan ediblər. Məsələn, The Washington Post nəşrinin yazdığına görə, 1991-ci ildə əyləncə kompleksi Taj Mahal özünün iflas olunmasını elan edib. 1992-ci ildə isə Trampa məxsus olan, Atlantik-Sitidə yerləşən daha iki kazino da iflasını açıqlayıb. Gələcək prezidentin bəzi müəssisələri isə 2004 və 2008-ci illərdə iflas edib.
Əl ilə sıxışmaq xoşuna gəlmir
Tramp 1997-ci ildə yazdığı The Art of the Comeback kitabında deyir: Amerika cəmiyyətini lənətə gəlmiş adətlərindən biri əl ilə sıxışmaqdır. O, deyir ki, kimsə nə qədər uğurlu və tanınmışdırsa, bu ənənə artıq işgəncəyə çevrilir. Tramp özünü təmiz əlləri ilə dəli adlandırıb. Ancaq prezidentliyi dövründə bu ənənə haqqında fikirlərini yenidən nəzərdən keçirməli olmuşdu. Hətta ABC News nəşri yazırdı ki, koronavirus pandemiyası belə onun əl sıxışmasına mane olmayıb.
Pul qazanmaq üçün toplanan şüşələr
Tramp Forbes nəşrinə verdiyi müsahibəsində deyirdi ki, o və qardaşı ilk iş yerində şüşələri yığırdı. Ancaq atası daha sonra ona biznes üçün ilk milyonu vermişdi. Forbes-in son qiymətləndirməsinə görə isə, onun şəxsi sərvətinin həcmi 2,5 milyard dollar qiymətləndirilir. O, daşınmaz əmlaka investisiyası ilə yanaşı, 5-i xaricdə yerləşən 17 qolf klubuna sahibdir.
Alkoqol içməsə də, diet kolanın dəlisidir
Mətbuat konfranslarının birində Tramp deyib ki, o heç vaxt alkoqoldan istifadə etməyib. “Heç vaxt müxtəlif səbəblərdən dolayı spirtli içki qəbul etməmişəm. Bu səbəblərdən biri isə alkoqolizmdən əziyyət çəkən böyük qardaşı Fredin ölümü olub. Tramp diet kolanın dəlisi olaraq da tanınır. Financial Times nəşri yazır ki, Tramp o qədər bu içkini sevir ki, hətta onun Ağ Evdə olan Oval Ofisində diet kolanı sifariş etmək üçün xüsusi bir qırmızı düymə də var.
Narkotiklərin leqallaşdırılmasını müdafiə edib
1990-cı ildə prezident seçilməmişdən çox-çox əvvəllər Tramp narkotiklərin leqallaşdırılmasını müdafiə edib. “Bu müharibəni qazanmaq üçün narkotikləri leqallaşdırmaq lazımdır. Narkobaronların gəlirlərini əlindən almalısınız”. Eyni zamanda o, deyirdi ki, narkobaronlardan əldə edilən pullar qeyri-qanuni maddədən istifadəyə görə, yaranan bilən təhlükələr barəsində insanları maarifləndirməyə xərclənə bilər.
Konfederantlara qoyulan abidələri müdafiə etdi
ABŞ küçələrində etirazlar keçirilirdi. Buna səbəb isə Vətəndaş Müharibəsində konfederansiya tərəfindən döyüşən tarixi şəxsiyyətlərin abidələrinin sökülməsi idi. O, isə abidələrin sökülməməsi ilə bağlı öz fikrini qeyd etmişdi. O, özünün Twitter hesabı üzərindən yazırdı ki, General Robert Lee və digər konfederantların adını daşıyan hərbi bazaların adlarının dəyişdirilməsi və tarixi abidələrin sökülməsinə görə, qəbul ediləcək bütün qanun layihələrinə veto qoyacaq.
Dini inancı
Tramp uzun bir müddət Presviterian təhsilinin davamçısı idi, lakin bu yaxınlarda isə o özünün fikirlərini dəyişdirdi. Oktyabr ayında Fox News nəşri ondan sitat gətirirdi. O, deyirdi uşaqlıqdan Presviterian kilsəsinin üzvü olsam da, amma indi özümü məzhəblərdən kənar xristian hesab edirəm. Ancaq prezident dini inancında belə bir kəskin dəyişikliyin səbəbini izah etməyib. Xatırlayırsınızsa, Tramp bu yaxınlarda koronavirusa yoluxduğunu söyləmişdi. O, tez bir zamanda bu xəstəlikdən xilas olmasını isə özünün imanı ilə əlaqələndirir.
Siyasi oriyentasiyasını dəyişməsi
1987-2009-cu illər arasında o, Demokratik Partiyasının, 2011-2012-ci illər arasında isə partiyasız kimi seçici qeydiyyatından keçib. Daha sonra 2016-cı ildə isə prezident seçildiyi Respublika Partiyasının seçicisi olaraq qeydiyyatdan keçib.
Şöhrət Xiyabanında bir ulduzu var
Tramp 2007-ci ildə “The Apprentice” adlı Amerika realiti şousunun prodüseri idi. O, bu şounu hazırladığına görə, Los-Ancelesdəki Holivud Şöhrət Xiyabında ulduza layiq görülüb. Lakin onun ulduzu dəfələrlə vandallar tərəfindən korlanmışdı. Sonuncu dəfə bu hal, Black Lives Matter etirazları zamanı baş vermişdi.
Üç həyat yoldaşı olub və 8 nəvəsi var
Donald Tramp üç dəfə evlənib. Birinci həyat yoldaşı, Çexoslovakiyadan emiqrant olan, model, sahibkar İvana Tramp idi. Evlilik 1977-ci ildən 1992-ci ilə qədər davam edib. Bu evlilikdən Trampın Donald və Erik adlı iki oğlu və qızı İvanka Tramp anadan olub. Trampın ikinci evliliyi isə aktrisa Marla Meyplz ilə olub. Bu evlilikdən isə onun qızı Tiffani Ariana Tramp dünyaya gəlib. Nikah isə 1999-cu ilə qədər davam edib. Üçüncü evliliyi isə Amerikanın hazırki birinci leydisi Melaniya Tramp ilə olub. Onlar nikaha isə 2005-ci ildə daxil olublar. Sloveniyadan emiqrant olan Melaniyadan Tramp-ın beşinci övladı olan, oğlu Barron dünyaya gəlib. Prezidentin hazırda 8 nəvəsi var.