Reckitt Benckiser-in Türkiyə bazarına yeni giriş edən dezinfeksiya markası Lysol, hədəf kütləsinin qarşısına Prof. Dr. Osman Müftüoğlu və Taner Ölmezin kamera qarşısına keçdiyi reklam filmi ilə çıxdı.
Facemark.az xəbər verir ki, parça və sərt səthlərdə xəstəliklərə səbəb olan virus və bakteriyaları 99,9% nisbətində öldürən Lysol üçün hazırlanan filimdə Prof. Dr. Osman Müftüoğlunun sevgi və qoruma haqqındakı nitqinə qulaq asan Taner Ölmez sevdiklərini qorumaq üçün səthləri Lysol ilə dezinfeksiya edir.
Maksa, məsafə, dezinfeksiya məhsuluna vurğu edən Havas İstanbul imzalı filmin prodakşını isə Shortcut-a, rejissorluğu isə Müfit Samık-a aiddir.