Gündəlik aktiv istifadəçi sayı 250 milyona yaxınlaşan Snapchat videoların hər kəsə açıq şəkildə paylaşılmasını təşviq etməyə yönəlik yeni funksiyası Spotlight-ı aktiv etdiyini açıqlayıb.


Facemark.az xəbər verir ki, Snapchat, TikTok-un Sizin üçün səhifəsini xatırladan Spotlight vasitəsilə kontent istehsalçılarına il sonuna qədər hər gün ümumilikdə 1 milyondollar dağıtacaq.


Adıçəkilən miqdarın paylanılmasında videonun populyarlığı və baxış sıxlığı kimi kriteriyalar nəzərə alınacaq.


Hələ reklamlara açıq olmayan Spotlight funksiyası ilə Snapchat, öz platformasında yaradılmasına baxmayaraq rəqib platformalarda popular olan kontentlərə daxilində bir paylaşım məcrası təqdim etməyi düşünür.