İndi tamam başqa zamandır və yeni zaman öz tələbləri ilə astanada dayanıb. Onun xoşumuza gəlib-gəlmədiyini bizdən soruşmağa nə vaxtı və nə də istəyi yoxdur. Yenilənmə zamanın çığırdaşıdır, inonovasiyaların təkanverici qüvvəsidir, investisiyaların mühərrikdir. Burada at gücünün müqayisəsi gülünc və istehza doğura bilər. Bunu ürəyinizə yaxın qəbul etməyin. Siz də yenilənin. Zamanın resepti budur.


Rəqəmsallaşma həyatımızın ən müxtəlif sahələrinə ciddi şəkildə və birdəfəlik nüfuz etməkdədir. Bu proses qaçılmazdır və zaman keçdikcə daha dərin qatlara intervensiya edəcək, bizi əhatə edən real gerçəkliyə titanik təsir göstərəcəkdir.


Rəqəmsallaşmanın təsiri iqtisadiyyatda və sosial həyatda, insan fəaliyyəti olan hər sahədə uzunmüddətli dəyişikliklər etmişdir, etməkdədir və edəcəkdir. Bu günün tərəqqisini də rəqəmsal texnologiyaların şərtləndirdiyi heç kəs üçün yenilik də deyildir.



Bu da cəmiyyətlər, sosial təbəqələr, hökümətlər və bizneslər qarşısında ciddi problemlər irəli sürür. Bir çox peşələr, ixtisaslar, sənətlər monoton və yaradıcı yanaşma tələb etdiyindən onların icrasına insan resurslarının cəlb olunması gözəgəlimliyini və iqtisadi məntiqini itirir. Robot texnologiyası bu sahələrə nəzakət və dəvət gözləmədən nüfuz edəcəkdir. Amma tanınmış ekspertlər qeyd edirlər ki, bu zaman robotlardan istifadəyə görə alınan verginin insandan daha dəqiqlik və düşüncə tələb edən kadrların yenidən ixtisaslaşmasına xərclənəcəyi proqnozlaşdırılır.


Digər tərəfdən də sahibkarlıq bacarıqlarına, yeni biliklərə, faydalı vərdişlərə sahib olanlara, habelə gündəlik həyatda və istehsalda baş verən dəyişikliklərə tez adaptə olunan mütəxəssislərə tələb günbəgün, saatbasat artmaqdadır. Bu tendensiya bundan sonra sivil inkişafın hərəkətverici qüvvələrindən biri olacaqdır. Bu qəbildən olan insanların peşə və təhsil hazırlığı yeni vüsət alacaqdır.


Təhsil və peşə hazırlığı prosesinin sürətli, qısa zamanda, operativ, qənaətli bazaya dayanıqlı xərclər versiyasında həyata keçirilməsi bir ehtiyac olaraq aktuallaşmaqdadır. Çünki təhsil və təlim bu gün insan həyatının keyfiyyətini təyin edən əsas amillərdən birinə çevrilməkdədir. Bu proses zaman keçdikcə təxirəsalınmaz vəzifəyə çevriləcəkdir.




Əgər müşahidə etmişsinizsə, müasir dövrdə təhsil sistemi sürətlə baş verən dəyişikliklərə ahəngdar inteqrə oluna bilmir. Ekspertlərin fikrincə, klassik əyani təhsil sisteminin iqtisadiyyatın yeni tələblərinə operativ reaksiya verməyə vaxtı yoxdur. Onun ciddi reformasiyaya, rəqəmsal texnologiyalar zəminində yenilənməsinə ehtiyac durmadan artacaqdır.


Başa sözlə, mütəxəssislər hesab edirlər ki, mövcud tədris proqram və metodikaları müvafiq bilik bazasını təmin etməyə qarant olaraq çıxış etmir, cəmiyyətdə və texnologiyada baş verən sürətli proseslərlə üzvi surətdə və dinamik dəyişimlə ayaqlaşa bilmir. İnsana qoyulan investisiya, onun təhsilinə çəkilən xərc geri dönüş etmədən tez bir zamanda köhnəlir.


Ekspertlər onu da xüsusi olaraq qeyd edirlər ki, klassik ali və ənənəvi orta təhsilin digər problemi də tələbə və dövlət üçün yüksək maddi məsrəfli olmasıdır. Heç də hər kəs övladının yüksəksəviyyəli təhsili üçün ödəniş edə bilmir.


Digər tərəfdən, ümumi təhsil standartlarının sərt olmaması da bütövlükdə ölkə üçün ciddi təhlükələr yaradır, keyfiyyətsiz kadr korpusunun sıralarını genişləndirir. Təhsil səviyyəsi aşağıdırsa, qlobal arenada vacib rəqabət üstünlüyü itirilmiş olur. Ölkənin təhsil sisteminin izafi xərcli və standartdan aşağı olması kadrların hazırlığına ziyan vurur, ödənişsiz olduqda isə dövlət büdcəsinə effektiv geri dönüş etmir.



Sirr deyil ki, bu gün həyat keyfiyyət etibarı ilə tamamilə yeni bir müstəvidə davam edir. Hər şeyin sürəti artmışdır, zaman yetmir, həmişə harayasa tələsirik, nəyisə imkan olursa, əldən verməməyə, hədəfimizə çatmağa can atır, səy göstəririk.


Özümüz də hiss etmirik ki, aldığımız biliklər inanılmaz sürətlə və amansızcasına köhnəlir. Amma bu məqamdakı paradoksa da diqqət yetirin. Biliyin sürətlə köhnəlməsi problemini yaradan rəqəmsal texnologiyalardır. Eyni zamanda bu ciddi problemin həlli yolunu da rəqəmsallaşmada axtarmağa məhkumuq.


Bəllidir ki, sözü gedən problemin həllinin ən sadə və qənaətli, effektiv və sürətli həlli rəqəmsal resurslardadır. Məhz rəqəmsal texnologiya bu problemi onlayn öyrənmə yolu ilə sadə və effektiv şəkildə həll etməyə real imkan verdi. Genişzolaqlı məlumat ötürməsi, məlumatların buludda saxlanması, nitqin tanınması və sinxron tərcümə sayəsində, praktiki olaraq, Yer kürəsinin hər yerindən yüksək keyfiyyətli məsafəli təhsili həyata keçirə bilərik. Bu trendin potensialı çox böyükdür və daim inkişafdadır.



Ekspertlərin rəyincə, onlayn təhsilin gerçək uğurunu şərtləndirən üç əsas amil var:


1 . İstifadəçi üçün rahat olan platforma: indi təhsil xidmətləri üçün istifadə olunan çox sayda proqram platforması var. Təhsil proqramlarının qurulması üçün ümumi standartlara, vahid, sadə və əlçatan bir interfeysə ehtiyacı var. Belə standart milli təhsil proqramlaşdırması mühitinin yaradılması üçün vacib rəqabət üstünlüyü qazana bilər.


2. Qanuni tənzimləmə: onlayn təhsilin statusu və müxtəlif ölkələrdə onlayn alınan diplomların qarşılıqlı tanınması mühüm amildir. Bu, həm də milli təhsilin nüfuzunu artırmaq və təhsil qurumlarının iş keyfiyyətinə ciddi nəzarət etmək üçün təsirli yoldur.


3. Biliklərin aktuallığı: onlayn təhsil müəllimlərin ixtisasına və səviyyəsinə yüksək tələblər qoyur. Orta məktəb təhsil səviyyəsində klassik müəllim-şagird sistemini qorumaq hələlik mümkündür. Ancaq ali təhsil müəssisələri qarşılıqlı və orqanik öyrənmə mərkəzlərinə çevrilə bilər. Başqa sözlə desək, ən qabaqcıl biliyə və sənaye təcrübəsinə malik mütəxəssislər də təhsil prosesində professor-müəllim heyəti ilə bərabər çalışa və hətta lider rolunu oynayar.


Göstərilən diaqramdan aydın görünür ki, qlobal onlayn təhsil bazarının dinamikası nikbin proqnozlarla xarakterizə olunur. Onun tendensiyası milyard dollarlarla artan özəlliyi ilə diqqəti cəlb edir.



Bu gün qlobal onlayn təhsil bazarında lider mövqeləri böyük akademik universitetlər tutur. Onların proqramlarına onlayn olaraq çox böyük ehtiyac və güvən var. Belə ki, çox sayda insana keyfiyyətli və müasir formatda öyrənmə imkanı verir. Gələcəkdə bu cür universitetlərin ətrafında müasir rəqəmsal iqtisadiyyatın bütün tələblərinə cavab verən yeni bir təhsil sisteminin qurulacağı şübhə doğurmur.


Zəngin bilikli olun,


Teymur Məmmədov,


Marketinq üzrə konsultant,


Adver.az