Twitter, canlı yayım platforması Periscope-u bağlayacağını açıqlayıb. Periscope fəaliyyətlərinə Mart 2021-ci ilə qədər davam edəcək.


Facemark.az xəbər verir ki, daha sonra Twitter, ana platformasına inteqrasiya olunacaq Twitter Live funksiyası vasitəsilə canlı yayım axışı təqdim etməyə davam edəcək.


Periscope istifadəçiləri platforma bağlanmamışdan öncə, həm video, həm də datalarının bir arxivini yükləmək şansı qazanacaqlar.


Əlavə olaraq, Scope veb saytı da arxiv olaraq xidmət verməyə davam edəcək. Periscope-un bağlanması firmanın Twitter Live funksiyasına daha çox fokuslanmağına da imkan verəcək.


Twitter, açıqlamasında deyib ki, “Həqiqət budur ki, Periscope platforması bir müddətdir ki, baxım modu vəziyyətində idi. Üstəgəl, keçən bir neçə ildə istifadənin azaldığını gördük və platformanın xərclərinin zamanla artmaya davam edəcəyini də bilirik”, - ifadələrindən istifadə edib.