Yazının əvvəli BURADA
Marketinq baxımından bu tendensiyalar nədən xəbər verir?
Yenilik, ümumiyyətlə yaxşı bir nəsnə olsa da, hazırda bazarda yaradıcılıq etmək üçün heç də yaxşı bir zaman deyil. Ola bilər ki, kartof cipsi və ya dondurmanın ən yaxşı növünü bazara çıxarmaq və onu reklam etmək istəyə bilərsiniz. Ancaq araşdırmalar göstərir ki, yeni məhsul bazara təqdim etmək üçün insanların qorxu hissinin keçməsini gözləmək lazımdır.
Söhbət məhsul strategiyasından gedirsə, o halda fokuslanmağın vacibliyi önəmlidir.
Restoranlar və qida müəssisələri pandemiyanın gətirdiyi nəticələr ilə bağlı olaraq məhdudiyyətlər ilə qarşılaşa bilərlər. Ancaq bunun müsbət tərəfləri də var. Belə ki, restoran və qida müəssisələri bu halda daha çox müştərilərin üstünlük verdikləri məhsul və dadlara fokuslanacaqlar. Ən uğurlu şirkətlər pandemiya zamanı yeni məhsul xəttinə və satış strategiyalarına investisina qoymaq əvəzinə, insanlara daha tanış olan məhsullara tələbi ödəmək üçün bütün imkanlarını oraya cəmlədi.
Məsələn, McDonald’s məhdud sayda və ən çox satılan menyusuna geri qayıtdı və 2013-cü ildəki kimi geriləmənin qarşısını aldı, nəticədə mart ayından bəri onun səhmləri S&P 500-dən çox yüksəldi.
Normal vaxtlarda müştərilər alış qərarları verən zaman buna məhsulun faydalılığı, dəyəri kimi praktiki düşüncələr təsir göstərir. Lakin insanlar qorxduqları zaman onların praktiki düşüncələri, emosional reaksiyalar ilə əvəz edilir.
Xüsusilə yoluxucu bir xəstəlikdən yaranan qorxu və ikrah hissi insanlarda tanış və proqnozlaşdırılan istəklərinin həddindən artıq olmasına gətirib çıxarır.
Big Mac-ların satışları yüksəlir. İnsanların orqanik məhsullara üstülük verməsi ilə yanaşı, rəflərdə Orea peçenyelarını tapmaq belə müşkülə çevrilir.
İstər, pandemiyada, istərsə də normal vaxtlarda marketoloqlar duyğu dəyişikliyinin satışlara necə təsir göstərdiyini analiz etməlidirlər. Yalnız bu halda uğurlu marketinq və satış strategiyasından danışmaq olar.